Fransa Azərbaycanla bağlı kəşfiyyat məlumatlarını İrəvana ötürəcək – RAZILAŞMA ƏLDƏ OLUNUB
27-02-2024 11:08
Baxış sayı:
4795

Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 22-də Parisə rəsmi səfərindən sonra Fransa xüsusi xidmət orqanları (DSGE) ilə Ermənistan kəşfiyyatı arasında dörd ölkə: Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub.
Hurriyyet.az xəbər verir ki, bu barədə Fransanın “Aqoravox” nəşri yazır.
Qeyd olunur ki, Fransa “Ermənistan sərhədlərinin perimetri boyunca hərbi-siyasi vəziyyət haqqında məlumatları ehtiva edən” peyk məlumatlarını İrəvanda göndərməyi öhdəsinə götürüb.