Axtarış
The search found 105705 results in 0.036 seconds.
Search results
İran ABŞ-ın tanker gəmisini ələ keçirdi - ŞOK GÖRÜNTÜLƏR
İran komandoları cümə axşamı günü Oman körfəzində beynəlxalq suları keçən və Küveytdən ABŞ-a neft daşıyan tanker gəmisinə helikopterlə basqın edib. İran donanması tərəfindən ələ keçirilən Marşal adaları bayraqlı gəminin kapitanı idarəetməni itirməmişdən əvvəl kömək çağırışı edib.
Muxalifet.az musavat.com-a istindən xəbər verir ki, İran dövlət televiziyası tərəfindən yayımlanan videoda iranlı əsgərlərin helikopterdən asılmış kəndirlərlə "Advantage Sweet" gəmisinin göyərtəsinə enməsi görünür.
Muxalifet2 - 30-04-2023
Molla rejimini təbliğ edən daha bir nəfər həbs edildi - CASUS ŞƏBƏKƏSİ
Azərbaycanda İranın molla rejiminə xidmət edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Niyaməddin Hüseynov saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə "Mouze" teleqram kanalı məlumat yayıb.
Ölkədə bu kimi əməliyyatların davam etdirildiyi bildirilir.
Muxalifet2 - 30-04-2023
Vahid Əhmədova cəza, deputatlara isə “özünüsenzura” xəbərdarlığı…
Milli Məclisin İntizam komissiyası deputat Vahid Əhmədovun jurnalist Mehman Hüseynova müsahibəsilə bağlı məsələyə baxacaq. Bu barədə qərar aprelin 25-də plenar iclasda qəbul edilib.
Həmin müsahibədə Əhmədov bəzi deputatların qanunu pozaraq bizneslə məşğul olduqlarını bildirib, hökumətin fəaliyyətini tənqid edib. Bu səbəbdən həmkarlarının tənqidlərinə tuş gəlib.
Bu, deputatların narazılığına səbəb olub və onlar qəzəbli çıxışlarla Əhmədovun üstünə düşüblər.
Onlar Vahid Əhmədovun Mehman Hüseynova müsahibə verməsini düzgün hesab etməyiblər.
Muxalifet2 - 30-04-2023
LAÇIN YOLUNDAKI POSTDA NƏZARƏT BELƏ APARILIR - Sərhədçilərimiz erməniləri yoxlayır və buraxır / VİDEO
Azərbaycanın Laçın rayonu ərazisindən Laçın-Xankəndi yolunun başlanğıcında yaradılan nəzarət-buraxılış məntəqəsində avtomobillərin keçidi üçün normal rejim təmin edilib.
“Caliber.az” xəbər verir ki, vətəndaşların sərhədi keçməsi mütəşəkkil və nizam-intizamla, qarşılıqlı nəzakət şəraitində həyata keçirilir.
Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.
Muxalifet2 - 30-04-2023
Feministlər “Formula-1” yarışları zamanı şəhər istifadəsinin məhdudlaşdırılmasına etiraz ediblər
Aprelin 30-da feministlər Bakıda keçirilən “Formula-1” yarışları zamanı şəhər istifadəsinin məhdudlaşdırılmasına, xüsusilə həssas qrupların gediş-gəlişinin çətinləşməsinə etiraz ediblər.
Fəallar şəhərin mərkəzi küçələrinə boya ilə “Bizimdir hürr küçələr” yazıblar. Feminist fəal Gülnara Mehdiyeva Amerikanın Səsinə bildirib ki, küçələr vətəndaşlara məxsusdur, ona görə də bu etirazı etmək qərarına gəliblər:
Muxalifet2 - 30-04-2023
"Formula 1" Azərbaycana nə qazandırır?
2016-cı ildən bəri keçirilən "Formula 1" Azərbaycan Qran-Prisi daha üç il uzadılaraq, 2026-cı ilədək keçiriləcək. Rəsmi xəbər bu ilki yarışın Bakıda keçildiyi vaxt elan edildi.
28-30 aprel arasında keçirilən yarışa görə şəhərin mərkəzi küçələrində dəmir səddlər qurlaşdırılıb və şəhərin müəyyən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Əhalinin müəyyən hissəsində yarışların keçirilməsi narazılığa səbəb olsa da, hökumət "Formula 1"-in dövlət üçün vacib olduğunu deyir.
Muxalifet2 - 1-05-2023
“Türkiyə kəşfiyyatı Suriyada İŞİD liderini məhv edib” - Ərdoğan açıqladı
“Türkiyə kəşfiyyatı Suriyada İŞİD liderini məhv edib”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Türkiyə kəşfiyyatı uzun müddət idi İŞİD-in qondarma lideri Əbu Hüseyn əl-Qureyşini izləyirdi. Bu şəxs dünən MİT-in (Milli İstihbarat Təşkilatı) Suriyada keçirdiyi əməliyyatla zərərsizləşdirilib", - Türkiyə lideri deyib.
Muxalifet2 - 1-05-2023
ERMƏNİLƏR LAÇIN YOLUNA BELƏ BURAXILIR - Sərhəd-buraxılış məntəqəsindən daha bir VİDEO
Azərbaycanın Laçın rayonunda Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindən daha bir video yayılıb.
APA xəbər verir ki, videoda sərhədi keçən vətəndaşların qaydalara uyğun olaraq yoxlanması görünür.
Muxalifet2 - 1-05-2023
Türkiyənin yerli istehsal olan ilk tankının sınaqları başlayıb - VİDEO
Türkiyənin yerli istehsalı olan “Yeni Altay” tankları sınaqlara hazırdır.
“A Haber” xəbər verir ki, tank kütləvi istehsaldan əvvəl 6 min sınaqdan keçiriləcək.
Muxalifet2 - 1-05-2023
“Nar” gənclər üçün yeni iş imkanları yaratmağa davam edir - FOTOLAR
Karyera sərgisi zamanı ADA-nın 1500-ə yaxın tələbə və məzunu şirkət və qurumların təqdim etdiyi müxtəlif karyera fürsətləri barədə ətraflı məlumat əldə ediblər. “Nar”ın İnsan resursları komandası da öz növbəsində gələcəyin mütəxəssislərinə peşələrinin iş mühitindəki real tələbləri barədə məlumat verib. Həmçinin şirkətin əməkdaşları gələcəkdə karyerasını telekommunikasiya sahəsində davam etdirmək istəyən gənclərə cari vakansiyalar barədə məlumat verərək dəstək olublar. Eyni zamanda mobil operatorun təcrübə və təqaüd proqramından yararlanmaq istəyən tələbələrin sualları cavablandırılıb.
Muxalifet2 - 1-05-2023
VASİF TALIBOVUN QUDASINI İŞDƏN ÇIXARDILAR – Naxçıvanda daha bir mühüm dəyişiklik
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimov vəzifəsindən azad edilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
Bəhruz Əzimovun yerinə isə Cəlal Mehdiyev təyin olunub.
Cəlal Mehdiyev dünən kollektivə təqdim edilib.
Muxalifet2 - 2-05-2023
Səhiyyə sistemində islahatların beşinci ili… - ARZUMAN LOĞMANOĞLU YAZIR
İdarəetmədəki yeniliklər artıq öz müsbət nəticəsini verməkdədir…
Muxalifet2 - 2-05-2023
AZƏRBAYCAN SEPARATİZMİN KÖKÜNÜ BALTALAYIR - Cinayətkar rejimin milyonluq qazanc yerləri əlindən çıxır
Azərbaycan Laçın yolunun girişində - Ermənistanla dövlət sərhədində nəzarət buraxılış məntəqəsi yaratmasına daha çox etirazlar haradan səslənir?
Muxalifet2 - 2-05-2023
ŞİRKƏTLƏR BANKLARDAN 2 MİLYARD ÇƏKİB – Vasif Talıbov da “Naxçıvanbank”ı boşaldıb
Bu ilin yanvarı ilə müqayisədə birinci rübün sonunda Azərbaycanda şirkətlərin banklarda saxladıqları vəsaitlərin həcmi 22 milyard 280 milyon manatdan 20 milyard 214 milyon manata düşüb.
Muxalifet2 - 3-05-2023
Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin danışıqları üçüncü gündür davam edir
ABŞ danışıqlar prosesinə və Cənubi Qafqazda dinc gələcəyə yardım etməyə "əvvəlkitək sadiqdir", - çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi Azərbaycan və Ermənistan xarici işlər nazirləri birbaşa danışıqların ikinci gününü başa vurduqdan sonra bildirib.
ABŞ-da hər iki ölkənin nümayəndə heyətinin davamlı və balanslaşdırılmış sülhə yönəlmiş görüşü bu gün, üçüncü gün davam edəcək.
Muxalifet2 - 3-05-2023
İran onları Azərbaycana verməkdən imtina etdi... - MOLLA REJİMİ TERRORÇULARI SƏRBƏST BURAXDI
İran terrorçuluqla məşğul olan azərbaycanlıları ölkəmizə verməkdən imtina edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “MOUZE“ teleqram kanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Azərbaycan həmin şəxslərin tutularaq ölkəmizə təhvil verilməsini tələb edib.
Muxalifet2 - 3-05-2023
“Vaqner”-in “öldürdüyü” ukraynalı general sağdır – Priqojinin yalanı üzə çıxdı
Bir neçə gün əvvəl “Vaqner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojin Ukrayna Ordusu Ərazi Müdafiə Qüvvələrinin komandanı, general-mayor İqor Tantsuranın məhv edildiyini bəyan etmişdi. Priqojinin dediyinə görə, guya general Tantsuranın olduğu zirehli hərbi avtomobil Çasov Yar şəhərindən Baxmuta doğru hərəkət edərkən “Vaqner” tərəfindən vurulub və general həlak olub. O, hətta vurulmuş zirehli texnikanın fotosunu da paylaşıb.
Muxalifet2 - 3-05-2023
“JEK”lər vətəndaşlardan “ev pulu” yığa bilər? - ARAŞDIRMA
Azərbaycanda Mənzil İstismar Sahələrinin ləğvi illərdir gündəmə gəlsə də, bu qurum hələ də sakinlərdən pul toplayır…
Əkrəm Həsənov: “Sakinlər istənilən vaxt “JEK”i də, MTK-nı da məhkəməyə verə, onların qanunsuz fəaliyyətini dəyandıra bilərlər”
“Sakinlər hətta ödəniş də etməyə bilərlər, çünki onların vətandaşlardan pul toplamağan heç bir haqqı yoxdur”Muxalifet2 - 3-05-2023
"Azərbaycan hələ də vəziyyətin “çox pis” olduğu ölkələr arasındadır" - "SƏRHƏDSİZ REPORTYORLAR" MEDİANIN DURUMU HAQDA
3 may-Ümumdünya Mətbuat Azadlığı Günündə "Sərhədsiz reportyorlar" Dünya Mətbuat Azadlığı İndeksi də daxil olmaqla, dünyada KİV və jurnalistlərin vəziyyətinə dair bir sıra hesabat və araşdırmalar dərc edib.
2023-cü ildə İndeks 180 ölkədə vəziyyəti qiymətləndirib, bunlardan 31 ölkədə vəziyyət "çox pis", 42 ölkədə "pis", 55 ölkədə "problemli" və 52 ölkədə "yaxşıdır". Yəni, dünyanın on ölkəsindən yeddisində jurnalistika üçün mühit "pisdir".
Bu il Azərbaycan 151-ci yeri tutub (ötən il 152), vəziyyətin "çox pis" olduğu ölkələr sırasında qalıb.
Muxalifet2 - 3-05-2023
Ədliyyə Naziri ilə Penitensiar Xidmətin rəisi niyə bir-birinə "girib"? - FOTO
Hələ aylar öncə hakimiyyətin ədliyyə orqanlarında ciddi kadr islahatlarına başlayacağı bildirilirdi. İslahatlar çərçivəsində böyük fiqurların öz işlərini itirəcəyi deyilirdi. Siyahının başında Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun adı var imiş.
Muxalifet2 - 4-05-2023