VASİF TALIBOVUN QUDASINI İŞDƏN ÇIXARDILAR – Naxçıvanda daha bir mühüm dəyişiklik

Baxış sayı:
2965

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimov vəzifəsindən azad edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Bəhruz Əzimovun yerinə isə Cəlal Mehdiyev təyin olunub.

Cəlal Mehdiyev dünən kollektivə təqdim edilib.

Qeyd edək ki, Bəhruz Əzimov Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qudası – oğlu Rza Talıbovun qayınatasıdır. B.Əzimov uzun illərdir bu vəzifəni tuturdu və MR-də rəsmi və qeyri-rəsmi yanacaq alverində dövr edən milyonlara nəzarət edirdi.