Axtarış

The search found 105705 results in 0.083 seconds.

Search results

  1. TÜRKİYƏNİN "QANDİ"Sİ... - Onun seçkilərdə iştirakı Ərdoğan üçün nə dərəcədə böyük təhlükədir?

    Təhlilçilər deyir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında bir çoxlarının Türkiyənin "Qandi"si adlandırdığı namizəd səbəbilə böyük çətinliklə üzləşəcək.

    Bütöv siyasi spektri təmsil edən altı partiyanın dəstəklədiyi ölkənin ana müxalifət partiyası CHP-nin lideri Kamal Kılıçdaroğlu martın əvvəlində prezidentliyə namizədliyini elan etdi.

    O, geniş islahatlar, prezidentin səlahiyyətlərini məhdudlaşdırmağı və parlament demokratiyasını qaytarmağı vəd edir.

    Muxalifet2 - 17-03-2023

  2. İcra başçısı vəzifədən azad olundu - SƏRƏNCAM

    Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Muxalifet2 - 17-03-2023

  3. Azərbaycan Milli Məclisi Avropa Parlamentinin hesabatına etiraz edir

    Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin “Avropa İttifaqı-Azərbaycan münasibətləri” adlı qətnaməsinə etiraz edib.

    Muxalifet2 - 17-03-2023

  4. İran səfirliyinin binası qarşısında ETİRAZ AKSİYASI

    Martın 17-də İranda itkin düşən Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərlinin yaxınları İranın Azərbaycandakı səfirliyinin binasının qarşısında etiraz aksiyası keçirib.

    Etirazçılar "Fəridi geri qaytarın!", "Fəriddən xəbər verin!", "Ananın səsinə səs verin!" yazılmış şüarlar qaldırıb, tələbənin azadlığa buraxılması ilə bağlı şuarlar səsləndirib.

    Muxalifet2 - 17-03-2023

  5. Dünya əhalisinin 40 faizi məhv olacaq, bəzi xalqlar tamamilə yox olacaq... - DƏHŞƏTLİ PROQNOZ

    Yeni bir araşdırmanın nəticələrinə görə, planetimiz insan fəaliyyəti nəticəsində indiki sürətlə istiləşməyə davam edərsə, 2100-cü ilə qədər bütün dağ buzlaqlarının 68 faizi əriyəcək.
    Bəs dünyadakı bütün buzlaqlar ərisə, nə baş verər?
    Ölkələrin son iqlim öhdəlikləri yaşadığımız əsrin sonuna qədər dünyanın 2,7 dərəcə istiləşməsinə səbəb olacaq.
    Nəticələri Science jurnalında dərc olunmuş genişmiqyaslı bir tədqiqatda 200.000 buzlağın fərqli iqlim ssenarilərindən necə təsirlənəcəyi araşdırılıb.

    Muxalifet2 - 19-03-2023

  6. PUTİN HAQDA HƏBS QƏRARI! - Rusiya diktatoru hansı müharibə cinayətlərində ittiham olunur?

    Haaqada Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinə qarşı həbs qərarı çıxarıb.

    Məhkəmə onu Ukraynadakı müharibə cinayətlərinə cavabdehlik daşımaqda, eləcə də uşaqların qanunsuz deportasiyasında ittiham edib.

    Rusiyanın Uşaq Hüquqları üzrə komissarı Maria Lvova-Belova barədə də həbs qərarı verilib.

    Ukraynanın bildirdiyinə görə ötən ilin fevralında Rusiyanın Ukraynaya qarşı başlatdığı işğaldan bəri Kreml 10 minlərlə müharibə cinayəti törədib.

    Muxalifet2 - 19-03-2023

  7. Abdulbari Gözalın qızı "Azərbaycan Sənaye Bankı"ndakı səhmlərini satdı

    "Azərbaycan Sənaye Bankı" ASC-nin (ASB) səhmlərinin 1 %-nə nəzarət edən Leyla Gözal Kurt (Bankın daxil olduğu "Azərsun Holdinq" MMC-nin prezidenti Abdulbari Gözalın qızı) payını satıb.

    Muxalifet2 - 19-03-2023

  8. “ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir” - Ağ Ev

    Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir.

    O, bu barədə “Fox News”a danışıb.

    “Bu görüş (Çin Xalq Respublikasının sədri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putinin görüşü – Red) hər hansı atəşkəs çağırışına səbəb olarsa, bu, qəbuledilməz olacaq. Çünki bu, yalnız bu günə qədər Rusiyanın qazanclarını ratifikasiya edəcək, Putinə yeni adamlar hazırlamaq və özünə uyğun gələn yeni hücumu planlaşdırmaq üçün vaxt verəcək”- deyə, o bildirib.

    Muxalifet2 - 20-03-2023

  9. SON SUTKADA RUSİYANIN 700 HƏRBÇİSİ MƏHV EDİLİB - Rəsmi açıqlama

    Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 165 610-a yüksəlib.

    Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

    Son sutkada Rusiya Ukraynada 700-dən çox hərbçi itirib.

    Qeyd edək ki, Rusiya qoşunlarının müharibədəki başqa döyüş itkiləri 3 537 tank, 6 869 zirehli maşın, 2 160 operativ-taktiki PUA, 507 reaktiv yaylım atəşi sistemi, 2 577 artilleriya sistemi, 270 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 290 helikopter, 5 415 avtomobil və tanker, 265 xüsusi texnika, 907 qanadlı raketdən ibarətdir.

    Muxalifet2 - 20-03-2023

  10. Kamran Əliyev İlyas İsmayılovla görüşüb, medal təqdim edib - FOTO

    Martın 20-də Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovla görüşüb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, K.Əliyev Baş Prokurorluğun kollektivi adından təbriklərini və xoş arzularını çatdırıb, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycanın yubiley medalı ilə təltif edib.

    Muxalifet2 - 20-03-2023

  11. Talış kəndində 30 il sonra Novruz bayramı qeyd olunur - YENİLƏNİB

    Tərtərin Talış kəndində 30 ildən sonra ilk dəfə bayram şənliyi keçirilir.

    Muxalifet2 - 20-03-2023

  12. TÜRKİYƏDƏ PREZİDENT SEÇKİLƏRİ! - Kimlər namizəd olmaq üçün müraciət edib?

    Türkiyədə 14 mayda keçiriləcək seçkilərdə prezidentliyə namizəd olmaq üçün 100 min imza toplamalı olan şəxslərin rəsmi müraciətləri üçün son müddət bazar ertəsi başa çatıb.

     

    TRT-nin məlumatına görə, 18 nəfər Yüksək Seçki Qurumuna (Mərkəzi seçki komissiyası - YSK) müraciət edib.

    YSK sənədlərində səhvə yol verildiyi deyilən bəzi namizədlərin müraciətlərini rədd edib.

    Muxalifet2 - 22-03-2023

  13. Azərbaycanı İrandan qorumaq lazımdır - BLİNKEN

    Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə ABŞ dövlət katibi Blinken ermənipərəst demokrat senator Menendezin Azərbaycanla bağlı təxribatçı suallarını cavablandırıb.

    O, Menendezin 907-ci düzəldilişin niyə dayandırılmadığının və ABŞ-ın niyə Azərbaycana hərbi yardım göstərməsinin səbəblərini açıqlayıb.

    Muxalifet2 - 23-03-2023

  14. SON DƏQİQƏ! Rusiya bu şəhərə zərbə endirdi - Ölən və yaralananlar var

    Rusiya Ukraynada mülki yaşayış məntəqələrini hədəfə almaqda davam edir.

    Muxalifet.az xəbər verir ki, Ukraynanın Zaporojya şəhərinə raket hücumu həyata keçirən Rusiya 9 mərtəbəli yaşayış binasını vurub.

    Zaporojya merinin müavini Anatoliy Kurtievin verdiyi açıqlaya görə, hücumda ağır yaralanan 1 nəfər həyatını itirib: "Hücum zamanı yaralanan 25 nəfər xəstəxanada müalicə olunur, 2-si uşaq olmaqla 3 nəfərin vəziyyəti ağırdır".

    Muxalifet2 - 23-03-2023

  15. ŞİMALİ KOREYANIN PİLOTSUZ SUALTI HÜCUM GƏMİSİ... - “Radioaktiv sunami” yarada bilən dron sınaqdan keçirildi

    Martın 21-də Şimali Koreya nüvə yükü daşıya bilən yeni sualtı dronu sınaqdan keçirib. Yeni silah partlayışdan sonra “supergüclü radioaktiv sunami”yə səbəb ola bilər.

    Bu barədə “Koreya səsi” dövlət radiosu məlumat yayıb.

    “Bu gizli silah pilotsuz sualtı hücum gəmisidir. Onun vəzifəsi gizli şəkildə su altında üzmək, düşmən gəmi qruplarını və limanını məhv etmək və sualtı partlayış vasitəsilə supergüclü radioaktiv sunami yaratmaqdır”, - məlumatda bildirilib.

    Sınaqlara Şimali Koreya lideri Kim Çen In nəzarət edib.

    Muxalifet2 - 24-03-2023

  16. ABŞ İranın hərbi mövqelərinə zərbə endirdi...

    ABŞ silahlı qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) Suriyadakı obyektlərinə bir sıra hava zərbələri endirib.

    Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, martın 23-də ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının Suriyanın şimal-şərqindəki bazasına pilotsuz uçuş aparatının hücumu nəticəsində “bir amerikalı müqaviləli hərbçi ölüb, beş ABŞ hərbi qulluqçusu və bir amerikalı müqaviləli hərbçi yaralanıb”.

    Muxalifet2 - 24-03-2023

  17. RUSİYA ORDUSU AĞIR İTKİLƏR VERİR... - “Son günlər itkilərin sayı kəskin artıb”

    “Son günlər Rusiya hərbçiləri arasında itkilərin sayı kəskin artıb”.

    Bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumat bülletenində qeyd olunub.

    Bildirilib ki, martın 17-dən 21-dək yaralı rus hərbçilərinin əksəriyyəti ölüb: “Bu, qarşı tərəfin tibb xidmətinin zəif olduğunu göstərir. Görünür, tibb işçiləri kifayət qədər peşəkar deyillər”.

    Muxalifet2 - 24-03-2023

  18. Həbsxanada 45 gün aclıq edən Zamin Salayev su içməkdən imtina edəcəyini bildirib

    Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayev 1 saylı Bakı İstintaq Təcridxanasında 45 gündür aclıq edir. Salayev şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir.

    "Atamın səhhəti yaxşı deyil. Tez-tez huşunu itirərək yıxılır. 30 kiloqramadək arıqlayıb. Buna baxmayaraq, aclığı davam etdirməkdə israrlıdır. Dedi ki, nə qədər girovluqada olacaq aclığı davam etdirəcək" , Salayevin oğlu Oqtay Salayev atası ilə telefon danışığından sonra "Amerikanın Səsi"nə deyib.

    Muxalifet2 - 23-03-2023

  19. Avropa İttifaqı "Siyasi Partiyalar haqqında" yeni qanunda tətbiq edilən məhdudiyyətlərdən narahatdır

    Avropa İttifaqı (Aİ) Azərbaycanda "Siyasi Partiyalar haqqında" yeni qanunda tətbiq edilmiş məhdudiyyətlərdən narahatlığını bildirib.

    "Azərbaycan hakimiyyətini Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) tövsiyələrini yerinə yetirməyə çağırırıq" , Aİ-nin Xarici Siyasət Xidmətinin 22 mart tarixli bəyanatında deyilir.

    Muxalifet2 - 23-03-2023

  20. Əvəz Zeynallının məhkəməsi başlayır - HAZIRLIQ İCLASININ VAXTI BƏLLİ OLDU

    "Xural Yayınları" MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynalovun cinayət işi üzrə martın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə hazırlıq iclası olacaq.

    Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin elektron məhkəmə portalında məlumat yayılıb.

    Məlumatda deyilir ki, jurnalist Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (Dövlət Hakimiyyəti, Dövlət Qulluğu Mənafeyi Və Yerli Özünüidarə Orqanlarinda, Habelə Digər Kommersiya Və Qeyri-Kommersiya Təşkilatlarinda Qulluq Mənafeyi Əleyhinə Olan Cinayətlər) ilə ittham olunur.

    Muxalifet2 - 24-03-2023

Pages