Talış kəndində 30 il sonra Novruz bayramı qeyd olunur - YENİLƏNİB

Baxış sayı:
2017

Tərtərin Talış kəndində 30 ildən sonra ilk dəfə bayram şənliyi keçirilir.

Belə ki, Talışın mərkəzi meydanında təşkil olunan şənlikdə qız- gəlinlər sac asıb yuxa, kətə bişirib, Novruzun simvolu sayılan qorğa qovurub.

Eyni zamanda tədbir iştirakçıları üçün bayram süfrəsi açılıb.

***

Tərtərin Talış kəndində 30 ildən sonra ilk dəfə bayram şənliyi keçirilir.

Talış kəndinə yeni köçən ailələr üçün təşkil olunan şənlikdə milli oyunlar, folklor nümunələri sərgilənir.

Kəndirbazlar ip üzərində oynayıb, pəhləvanlar qurşaq tutub. Yerli incəsənət adamları müxtəlif musiqi nümunələri ifa edir.

Tədbir iştirakçıları Qarabağ atlarının da keçidinə tamaşa edib. Bundan başqa tamaşalar da nümayiş edilib. Tədbirin gecə saatlarınadək davam etməsi planlaşdırılıb./apa