Axtarış

The search found 105705 results in 0.084 seconds.

Search results

  1. Eldar Mahmudovun bankir qudası 8 il sonra azadlığa çıxır: Bəs 4 milyard?

    “Biz də eşitmişik ki, bu il "Heydər Əliyev İli" münasibətilə böyük əfv sərəncamı imzalanacaq. Hər il olduğu kimi bu il də ümid edirik ki, Cahangir azadlığa çıxacaq".
     
    Muxalifet.az xəbər verir ki, bunu gununsesi.info-ya açıqlamasında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva bildirib.
     

    Muxalifet2 - 10-03-2023

  2. ABŞ KƏŞFİYYATINDAN MÜHARİBƏ ANONSU... - "Azərbaycanla Ermənistan arasında yeni savaş başlaya bilər"

    ABŞ kəşfiyyatı Azərbaycanla Ermənistan arasında yeni müharibənin anonsunu verir.

    Muxalifet.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, federal Kəşfiyyat Bürosu, Müdafiə Kəşfiyyatı İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin rəhbərləri Konqresə 2023-cü ilə dair “Qlobal risklər” mövzusunda illik hesabat təqdim edib.

    Muxalifet2 - 10-03-2023

  3. “Baku Electronics”dən nəvəsi üçün aldığı noutbuk xarab çıxdı, nə dəyişdirə, nə də pulunu geri ala bilir... – GƏNCƏ SAKİNİ YETKİLİ QURUMLARA MÜRACİƏT ETDİ / FOTO

    Gəncə şəhəri, Nizami küçəsinin sakini Salmanova Şərgiyyə Cənnət qızı  tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi iddia edirki, “Baku Electronics” mağazasından nəvəsi üçün aldığı noutbuk xarab çıxıb və geri qaytarılmır:

    Muxalifet2 - 10-03-2023

  4. Sumqayıtda 7 gün əvvəl yaranan şirkət 300 minlik tenderi necə udub? - TƏFƏRRÜAT

    Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 293 min 230 manat olan tender müsabiqəsinin qalibi “4 MM AQRO” MMC (VÖEN- 6701560141) olub.

    Muxalifet2 - 10-03-2023

  5. “Nar” abunəçilərinin 98%-i müştəri xidmətlərindən məmnun qalıb

    Mobil operator “Nar” ötən il ərzində göstərdiyi xidmətlərlə bağlı müştəri məmnuniyyəti göstəricilərini açıqladı. 2022-ci ildə müştərilərinə təqdim etdiyi xidmətin keyfiyyətini üstün səviyyədə saxlamağı bacaran “Nar” abunəçilərinin böyük əksəriyyətinin razılığını qazanıb.

    Muxalifet2 - 10-03-2023

  6. ​Əhaliyə içməli su verilir ki, qiyməti də qaldırılsın?

    “Azərsu” 30 ilin bağ evinə texniki şərt tələb edib, su vermir

    Tarif Şurası bir dəfə də istehlakçıların qiymət endirimi təklifinə baxsın!

    Muxalifet2 - 12-03-2023

  7. ​ GƏNCLƏR TƏŞKİLATI İMİŞLİDƏ NÖVBƏTİ TOPLANTISINI KEÇİRDİ - Fotolar

    “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 10 mart 2023-cü il tarixində Gənclər Fondunun dəstəyi ilə “Dəyərlərimizə sahib çıxaq” adlı layihəsinin son tədbirini İmişli rayonunda keçirib.
    Muxalifet.az xəbər verir ki, rayonun 5 nömrəli tam orta məktəbində baş tutan tədbiri rayon İcra Hakimiyyətinin nümayəndəsi İlkin Quluzadə açaraq iştirakçıları salamlayıb və bu mövzudakı tədbirlərin tərbiyəvi əhəmiyyət daşıdığını qeyd edib.

    Muxalifet2 - 12-03-2023

  8. Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Ofisinin nümayəndələri Azərbaycanda səfərdə olub

    ABŞ Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Ofisinin nümayəndə heyəti bu həftə Bakıya səfəri zamanı dini liderlər, dini təşkilatlar və hökümət rəsmiləri ilə keçirdikləri konstruktiv müzakirələri yüksək qiymətləndirib.

    Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

    Məlumatda deyilir ki, səfərdə olan nümayəndələr din azadlığına dair məsələlərin müzakirəsi üçün görüşlər keçirib.

    Muxalifet2 - 12-03-2023

  9. Azərbaycanda su ehtiyatları azalır, suyun qiyməti artırıla bilər

    Azərbaycanın su ehtiyatlarının 2050-ci ilə kimi 15-20 faiz azalacağı gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda təşkil olunan brifinqdə deyib.

    "Azərbaycanın su ehtiyatlarının 70 faizi ölkə xaricində formalaşır. Bu baxımdan Azərbaycan dünyada su stresi yaşayan ölkələrdəndir. Adambaşına düşən su ehtiyatlarına görə ölkəmiz 90-cı yerdədir. Cəmi su ehtiyatları üzrə hətta 140-cı yerdəyik," Kərimov bildirib.

    Muxalifet2 - 10-03-2023

  10. Bakıda silahlı insident olub, iki nəfər xəsarət alıb

    Martın 10-da Bakıda Səməd Vurğun küçəsində, Bakı Dövlət Sirkinin yaxınlığında silahlı insident baş verib.

    Daxili İşlər Nazirliyinin məlumatına görə, insident zamanı xəsarət alan Fəqan Rəhimli və Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.

    Respublika Prokurorluğunun məlumatına görə, hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerində araşdırma aparır.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, bir nəfər şübhəli şəxs saxlanılıb.

    Muxalifet2 - 10-03-2023

  11. Gürcüstanda çoxları Ukrayna uğrunda vuruşmağa gedir, hakimiyyətin isə Kiyevə münasibəti getdikcə pisləşir

    Ukrayna müharibəsi 2008-ci ildə Rusiyanın təcavüzünə məruz qalmış Gürcüstanda ötən illərin travma və ziddiyyətlərini yenidən qabartdı.

    Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Gürcüstan hakimiyyəti qeyri-müəyyən mövqe tutub, Rusiyaya qarşı nəinki sərt hərəkətlərdən, hətta bəyanatlardan da yayınıb.

    Muxalifet2 - 13-03-2023

  12. DOST-un 1 milyon manata icarəyə götürdüyü ofisin sahibi kimdir?

    Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəsinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

    Muxalifet.az xəbər verir ki, tenderin qalibi fərdi sahibkar Səfərova Sahibə Paşa qızı olub. DOST-la sahibkar arasında imzalanacaq müqavilənin maliyyə dəyəri 969 999,94 AZN təşkil edəcək.

    Muxalifet2 - 13-03-2023

  13. Rüşvət alan vəzifəli şəxslər cinayət başında yaxalandı - FOTO

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet2 - 13-03-2023

  14. Azərbaycanda İrana işləyən qadın saxlanıldı

    Azərbaycanda İrana işləyən qadın saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Samirə Cəfərova Göyçay Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı saxlanılıb.

    Muxalifet2 - 14-03-2023

  15. ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı təxribatına münasibət bildirdi

    ABŞ Dövlət Departamenti İran İslam Respublikasına məxsus hərbi təyyarənin Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş həyata keçirməsinə münasibət bildirib.

    Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi mətbuat konfransında danışıb.

    O qeyd edib ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçu olub:

    Muxalifet2 - 14-03-2023

  16. “İran Azərbaycana qarşı hücumlar təşkil edə bilər” – DEPUTAT

    “Müstəqillik əldə edilən dövrdən indiyə kimi İranın Azərbaycana münasibəti dəyişməyib. Bu, həmişə aqressiv və bir müstəmləkə baxışı olub. Sadəcə bəzən bu açıq, gizli və aqressiv mərhələlərdən keçirdi".

    Bunu “Turan”açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

    Muxalifet2 - 14-03-2023

  17. “İmtahana dərslikdən kənar sualların salınması düzgün deyil” - MİSİR MƏRDANOV

    Martın 12-si 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi. Əlli mindən çox şagird öz biliyini bu imtahanda yoxladı.

    Həmişə olduğu kimi, imtahan prosesi bu dəfə də söz-söhbətsiz ötüşmədi. Bəzi abituriyentlər imtahandan sonra sualların çətin olduğunu iddia etdilər.

    Bu iddia nə dərəcədə əsaslıdır? DİM-in abituriyentləri çətin suallarla sınağa çəkməsi nə dərəcədə doğrudur?

    Muxalifet2 - 14-03-2023

  18. ERMƏNİSTAN–YENƏ RUSİYANIN “ARXA QAPISI” ROLUNDA - Ukrayna mətbuatı “demokratik” Paşinyan hakimiyyətini ifşa etdi

    Azərbaycan Rusiyanın işğalına məruz qalan Ukraynaya imkanları daxilində hər cür humanitar və digər yardımlar göstərdiyi halda, Ermənistan öz işğalçı mahiyyətindən çıxış edərək, gözlənildiyi kimi, Rusiyanın yanında yer almaqda və onun qulbeçəsi olduğunu sübut etməkdədir.

    Özünü regionda az qala “qərbpərəst demokratiya etalonu” kimi təqdim etməyə çalışan Ermənistan hakimiyyəti faktiki olaraq, Rusiyanın Ukraynaya qarşı işğala görə məruz qaldığı Qərb sanksiyalarından yayınması üçün hər cür çirkinliyə əl atır.

    Muxalifet2 - 14-03-2023

  19. Putin qadın məhbusları da müharibəyə göndərir / FOTOLAR

    Rusiya Prezidenti Vladimir Putin rus ordusunun döyüş meydanında üzləşdiyi ağır itkiləri kompensasiya etmək üçün qadın məhbusları cəbhəyə göndərmək qərarına gəlib.

    “AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

    Məlumatda bildirilib ki, Putin müharibədəki canlı qüvvə sayını artırmaq üçün alternativ mənbələrə baş vurub.

    Muxalifet2 - 14-03-2023

  20. Polşalı nazir mətbuat konfransına silahla gəldi - VİDEO

    Polşanın Baş prokuroru və ədliyyə naziri Zbiqnev Zebro “Belxatuv” kömür mədənində təşkil olunan mətbuat konfransına belində silahla qatılıb.

    Muxalifet.az xəbər verir ki, polşalı nazir sözügedən mədəndə baş verən qəzanın qurbanlarını yad etmək üçün xatirə lövhəsinin önündə əyilərək gül dəstəsi qoyub. Bu zaman külək Zebronun pencəyini qaldırıb və onun belində silah olduğunu görmək mümkün olub. 

    Muxalifet2 - 15-03-2023

Pages