Axtarış
The search found 105706 results in 0.036 seconds.
Search results
DTX-nin tutduğu gömrük generalı ev dustaqlığına buraxıldı
Ötən ilin iyununda korrupsiya ittihamı ilə həbs olunan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov ev dustaqlığına buraxılıb.
Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilib.
Muxalifet2 - 23-02-2023
"Kristal Abşeron"un tikdiyi bina əyildi: sakinlər təhlükədə - FOTO, VİDEO
“Qobu Park-2” yaşayış kompleksində 17-ci binanın uçmaq təhlükəsi var.
Bu barədə Bakupost.az -a yerli sakinlər bildiriblər.
Sakinlərin dediyinə görə, "Kristal Abşeron" tikinti şirkətinin inşa etdiyi bina artıq əyilib.
"Məsələdən "Kristal Abşeron" şirkətinin rəhbərliyinin də xəbəri var. Əraziyə traktor gətiriblər. Divarlarda deşik açırlar ki, bərkitmə işi aparsınlar. Amma bunu savadsızcasına edirlər. Əyilən binanı bu üsulla saxlamaq, bərkitmək mümkün deyil. O bina mütləq sökülməlidir", - deyə sakinlərdən biri bildirib.Muxalifet2 - 2-03-2023
Hacı Şahin vəfat etdi - FOTO
Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli vəfat edib.
Muxalifet.az xəbər verir ki, bu barədə din xadiminin rəsmi səhifəsi bu barədə paylaşım edib.
elegram
Muxalifet2 - 2-03-2023
Eldar Əzizov qəzalı binalarla bağlı müşavirə keçirdi: “Xruşşovka”larla bağlı tapşırıq
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat strukturlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Toplantıda yaz-yay mövsümünün başlanmasına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə olunub.
Bu barədə BŞİH-in Mətbuat xidmətindən məlumat verilib.
Muxalifet2 - 2-03-2023
Ukrayna ordusu rusiyanın Bryansk vilayətinə daxil oldu, döyüşlər gedir
Hazırda Rusiyanın Bryansk vilayətində döyüşlər gedir.
Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata 40-a yaxın ukrayna hərbçisi region ərazisinə daxil olaraq avtomobillərə atəş açıb, hətta girov da götürüblər.
Girovların sayının 100-dən çox olduğu bildirilir.
Məsələ ilə bağlı Rusiya və Ukrayna tərəfi rəsmi açıqlama verməyib.
Muxalifet2 - 2-03-2023
PREZİDENT PARİSİ və İRƏVANI İTTİHAM ETDİ - İlham Əliyevin çıxışının tam mətni / VİDEO
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edir.
Muxalifet2 - 2-03-2023
“Tərtər işi” üzrə daha bir hərbçiyə cinayət işi açılıb - Məhkəməsi başlayır
“Tərtər işi” ilə bağlı daha 5 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, həmin şəxslər general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovdur.
İttiham olunan Rəşidov Ülvi Nazim oğlu mayordur. O, 2-ci Ordu Korpusunda çalışıb. Ülvi Rəşidovun cinayət məsuliyyətinə cəlb olunması barədə əvvəllər məlumat yayılmayıb.
Muxalifet2 - 2-03-2023
Rusiyanın neft-qaz gəlirləri rekord səviyyədə azalıb
Beynəlxalq Enerji Agentliyinin (BEA) yaydığı hesabata görə, 2023-cü ilin yanvarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Rusiyanın neft və qaz ixracından gəlirləri 38 faiz azalıb.
“AzPolitika.info” “Reuters” agentliyinə istinadla xəbər verir ki, BEA Rusiyanın neft və qaz gəlirləri yanvar ayında 18.5 milyard dollar təşkil etdiyini hesablayıb. Bu da ötən illə müqayisədə 38 faiz azdır.
2022-ci ilin həmin dövründə neft və qaz gəlirləri 30 milyard dollar təşkil etmişdi.
Muxalifet2 - 2-03-2023
"Lukaşenko Çinə Moskvadan qorunmaq üçün gedib" - ABŞ Müharibə Araşdırmaları İnstitutu
Məlum olduğu kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko ötən gün Çinə səfər edib.
Muxalifet.az xəbər verir ki, səfərlə bağlı ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) maraqlı hesabat hazırlayıb.
İnstitutun mütəxəssisləri hesab edirlər ki, Lukaşenkonun Çinlə yaxınlaşmasının əsas səbəbi "Çinin Belarusa təsirini artırmaq və bu yolla Moskvanın təzyiqlərindən qorunmaqdır".
Muxalifet2 - 2-03-2023
“Barelyef satan nazirdən nə gözləyəsən?“ - Deputatdan sərt ittiham
“Mədəniyyət nazirliyində islahatlar aparılır. Mədəniyyətdə islahatlar vacibdir. İslahatların istiqamətlərindən biri insan kapitalını inkişaf etdirməkdir. Ölkədə kinonun, kitabxananın, teatrın, muzeylərin vəziyyətini bilirik. Həqiqətən, vəziyyət çox acınacaqlıdır”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev sosial şəbəkə hesabında yazıb.
Muxalifet2 - 3-03-2023
İctimai fəal dövlət layihələrindən yarım milyon mənimsəyib?
İctimai fəal Cəbrayıl Fərzəliyev 527 min manatlıq yeyintidə ittiham olunur.
Muxalifet.az xəbər verir ki, onun barəsində cinayət işi başlanıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. İttihama görə, Fərzəliyev bu vəsaiti bankların birindən və Prezident yanında Gənclər Fondundan müxtəlif işlər görmək adıyla mənimsəyib.
Muxalifet2 - 3-03-2023
Polisə silahlı müqavimət göstərən şəxsə ATƏŞ AÇILDI
Astara rayonu ərazisində keçirilən əməliyyat zamanı Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstəriblər, xidməti avtomobillərə zərər yetiriblər.
Muxalifet2 - 3-03-2023
"Sülh müqaviləsinin imzalanmasında qərarlıyam" - PAŞİNYAN
Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlıyam.
Muxalifet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, parlamentin iclasında bununla bağlı mövqeyini bildirib:
Muxalifet2 - 3-03-2023
İran Azərbaycan yük maşınlarının ölkəyə daxil olmasının qarşısını alır – YÜZLƏRLƏ TIR GÜNLƏRDİR SƏRHƏDDƏ NÖVBƏ GÖZLƏYİR / Video
İranın rəsmi qurumları Naxçıvandan gələn TIR-ların Biləsuvar sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olmasının qarşısını məqsədli şəkildə alırlar.
Hurriyyet.az TIR sürücülərinə istinadən xəbər verir ki, təxminən 5-6 gündür onlara süni şəkildə problem yaradılır.
Muxalifet2 - 3-03-2023
DSX Vasif Talıbovun İrana torpaq satması haqda açıqlama verdi: “2016-cı ildən başlayaraq...”
Dövlət Sərhəd Xidməti Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran İslam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xəttinin qanunsuz olaraq dəyişdirilməsi ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.
Muxalifet2 - 3-03-2023
“Nazirin sifarişi ilə həbs olunmuşam” deyən şirkət rəhbərinə 5 il həbs cəzası
Qarabağ müharibəsində yaralananlar və həlak olanların ailələri üçün evlər tikən "TUA TT" MMC-nin rəhbəri Tural Alışanlı 5 il azadlıqdan məhrum edildi. Martın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Muxalifet2 - 4-03-2023
Rəşad Dağlı məhkəməyə gətirildi - MEYXANAÇI İLƏ BAĞLI QƏRAR GÖZLƏNİLİR
Qətl törətməkdə təqsirləndirilən Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ rayon məhkəməsinə gətirilib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, prosesə hakim Günay Həşimova sədrlik edir.
Bu gün məhkəmə meyxanaçının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərar verəcək.
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Muxalifet2 - 4-03-2023
Gəncədə marketdə gözətçiyə xəsarət yetirilib - İçində 150 min manat olan seyf oğurlanıb
Gəncədə marketlərin birində quldurluq edən şəxs tutulub.
Muxalifet.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Nicat Abdullayev tutularaq istintaqa təhvil verilib.
Muxalifet2 - 6-03-2023
Sumqayıt Apellyasiya Məhkəməsində şok olay – Hakimin qərarına etiraz edən qadın damarlarını doğrayıb
Sumqayıt Apellyasiya Məhkəməsndə intihara cəhd edilib.
Muxalifet.az xəbər verir ki. bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkədəki hesabında məlumat yayıb.
Muxalifet2 - 6-03-2023
Bakıda vəzifəli şəxslərə cinayət işi açıldı
Bakıda vəzifəli şəxslərə cinayət işi başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, “RT Ravel” və R.T.Group Akademiya MMC və Kale Dershanesi və Vish Travel MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Muxalifet2 - 6-03-2023