SON SUTKADA RUSİYANIN 700 HƏRBÇİSİ MƏHV EDİLİB - Rəsmi açıqlama
20-03-2023 10:34
Baxış sayı:
1772

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 165 610-a yüksəlib.
Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Son sutkada Rusiya Ukraynada 700-dən çox hərbçi itirib.
Qeyd edək ki, Rusiya qoşunlarının müharibədəki başqa döyüş itkiləri 3 537 tank, 6 869 zirehli maşın, 2 160 operativ-taktiki PUA, 507 reaktiv yaylım atəşi sistemi, 2 577 artilleriya sistemi, 270 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 290 helikopter, 5 415 avtomobil və tanker, 265 xüsusi texnika, 907 qanadlı raketdən ibarətdir.