“Putinin gözəl yumor hissi var” – UKRAYNADAN RUSİYADAKI QİSMƏN SƏFƏRBƏRLİYƏ REAKSİYA

Baxış sayı:
2064
“Ukraynaya qarşı müharibənin 210-cu günündə Rusiyada qismən səfərbərlik elan edilməsi Moskvanın “plan üzrə necə getdiyini” göstərir”.
Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak Twitter-də yazıb.
“Ukraynanın dağıdılmasını tələb edən ruslar, nəhayət, istədiklərini aldılar: 1. Səfərbərlik. 2. Sərhədlərin bağlanması, bank hesablarının bloklanması. 3. Fərariliyə görə həbsxana. 4. "PВK" üçün xüsusi dəstələr. Hər şey plana uyğun gedir, elə deyilmi? Həyatın böyük yumor hissi var”, - Podolyak yazıb.