Axtarış
The search found 105712 results in 0.04 seconds.
Search results
GÜRCÜSTAN ÜZƏRİNDƏN AZƏRBAYCANA QARŞI SAVAŞ… - Rəsmi Tiflis bu dəfə də İran-Ermənistan birliyinin yanında yer alır…
Şübhə yoxdur ki, həm toplum, həm də dövlət olaraq qonşuluq münasibəti istər siyasi, istər iqtisadi, istər də mədəni sahədə qabarıq formada əks olunur. Görünür, məhz bu səbəbdəndir ki, Azərbaycan dövləti qonşularıyla əlaqələrinə hər zaman diqqətli yanaşıb, bu sahədə konstruktiv yanaşma ortaya qoyub.
Muxalifet2 - 27-06-2022
"Baykar"dan Ukraynaya JEST: 3 ədəd "Bayraktar TB2" hədiyyə edir
Baykar” şirkəti Ukraynaya 3 ədəd “Bayraktar TB2” hədiyyə edəcək.
Bu barədə Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar məlumat verib.
Muxalifet2 - 27-06-2022
“QURU SƏRHƏDLƏR TEZLİKLƏ AÇILACAQ…” - Vahid Əhmədov: “Yoxlamanı sərhəddə tətbiq etmək olar və burada heç bir problem yoxdur”
Fikrət Yusifov: “Sərhədlərin bağlı qalması qıtlığa səbəb ola bilər”
Muxalifet2 - 27-06-2022
RUSİYANIN ÇÖKÜŞÜNÜN ETİRAFI... - Ordusu “büdrəyən” Putin ağır günlərin hələ qarşıda olduğunun mesajını verdi
Məlum olduğu kimi, ötən gün Rusiya 100 milyon dollar xarici borcunu ödəməkdən imtina etməklə defolt elan edib. Bununla bağlı məlumatda deyilir ki, rəsmi Moskva borcu rublla qaytarmaq istəsə də, kreditorlar Rusiya milli valyutasını dollara konvertasiya edə bilməyəcəkləri üçün bu təklifdən imtina ediblər. Rusiyaya verilən 30 günlük müddət isə bazar günü gecə başa çatdığından, borc defolt olub.
Muxalifet2 - 27-06-2022
Putin G20 Zirvə görüşünə dəvəti qəbul etdi
Rusiya prezidenti Vladimir Putin indoneziyalı həmkarı Coko Vidodonun noyabrın 15-16-da Balidə keçiriləcək G20 Zirvə görüşünə dəvətini qəbul edib.
“Trend” Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə bazar ertəsi dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, görüş videoformatda deyil, əyani şəkildə keçiriləcək.
"Bizə əyani formatda iştirak üçün dəvət gəlib. Hələ vaxt var. Ümid edirəm ki, pandemiya bu tədbirin əyani şəkildə keçirilməsinə imkan verəcək", - Uşakov qeyd edib.Muxalifet2 - 27-06-2022
“Zəngəzur dəhlizinin ən qısa zamanda açılmasını gözləyirik” - ÇAVUŞOĞLU
“Bu dəhlizin açılması region ölkələrinin inkişafı baxımından da çox önəmlidir”
Muxalifet2 - 27-06-2022
DÖVLƏTÇİLİK VƏ SOSİAL SİYASƏT - Sərdar Cəlaloğlu yazır
Dövlət onu təşkil edən xalqın simvolik bədəni, həmin dövlətdə həyata keçirilən siyasət isə xalqın ruhudur
Muxalifet2 - 28-06-2022
GÜRCÜSTANIN XİLASI ÜÇÜN TÜRKİYƏ VƏ AZƏRBAYCAN “ÇƏTİRİ” - Rəsmi Tiflis Rusiya və İranın “qucağına sığınmaqla” ən böyük yanlışa imza atır...
Gürcüstanda ölkənin Avropa ailəsinə qoşulması yönündə müxalif qüvvələrin siyasi mübarizəsi davam edir. Xatırladaq ki, qonşu ölkədə "Avropaya, evə gedək" şüarı altında keçirilən mitinqlərdə ruspərəst baş nazirin istefası tələb olunmaqdadır.
Muxalifet2 - 28-06-2022
“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi - FOTOLAR
“Nar” fiziki məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə artıq 3-cü dəfədir, təşkil olunan “Təlim Məktəbi” sosial layihəsinə yenidən start verdi. Layihənin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmaq üçün onları peşə təlimləri ilə təmin etməkdir. Missiya çərçivəsində bu gənclər üçün əmək bazarında daha çox tələbat olan xüsusi peşə təlimlərinin təşkil edilməsi nəzərdə tutulub.
Muxalifet2 - 29-06-2022
MTN generalının məhkəməsi niyə 1 ay təxirə salındı? - Şok detallar
Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Muxalifet2 - 29-06-2022
Ukrayna müharibəsində ilk yaşandı:Rusiya ordusuna ŞOK ZƏRBƏ - Onlarla ölü var
Ukrayna ordusunun Donbasda rus hərbi bazasını bombalaması ilə bağlı detallar məlum olub.
Muxalifet.az xəbər verir ki, Ukrayna ABŞ-dan aldığı “Himars” raketlərindən ilk dəfə irimiqyaslı formada bu hücumda istifadə edib. “Daily Mail” qəzeti xəbər verir ki, hücum zamanı azı 40 hərbçi həlak olub. Artıq Rusiya tərəfi də hücumla bağlı açıqlama yayıb. Bildirilib ki, Ukrayna ordusunun hücum etdiyi xəbərləri doğru olsa da, raketlər hərbi bazaya yox xəstəxanaya düşüb. Tələfat barədə məlumat verilməyib.
Muxalifet2 - 29-06-2022
İş adamının 96 milyardlıq sərvəti dünyadakı hər bir uşağa PAYLANACAQ
XX əsrin ən uğurlu investorlarından biri- amerikalı iş adamı Uorren Baffetin sərvətinin ölümündən sonra necə olacağı bütün dünyanın gündəmindədir.
96,8 milyard dollarlıq sərvətlə bağlı yeni fərziyyələr ortaya çıxıb.
Xəbərə görə, "Berkshire Hathaway" investisiya şirkətinin baş direktoru və ən böyük səhmdarı olan Baffet, sərvətinin ölümündən sonrakı 10 ildə xərclənməsini istəyib.
Bildirilir ki, investorun sərvətindən dünyadakı hər bir uşaq pay alacaq.
Muxalifet2 - 29-06-2022
BAKININ "İNADI" GÜRCÜLƏRİ DƏ DİLƏ GƏTİRDİ… - Səfir: “Ümid edirik ki, Azərbaycan quru sərhədini açacaq”
“Ümid edirik ki, Azərbaycan Gürcüstanla quru sərhədini açacaq”.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın səfiri Zurab Pataradze Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib.
Səfir onu da bildirib ki, quru sərhədlərinin bağlanması fonunda iki ölkə arasında hava əlaqəsi genişlənir və gələn aydan etibarən Bakıdan Tiflisə həftədə üç dəfə reyslər həyata keçiriləcək.
Muxalifet2 - 29-06-2022
BAŞ PROKURORLUĞUN “RƏQƏMSAL KORRUPSİYA XİDMƏTİ” - 961, 161 qaynar xətti şikayətləri qəbul etməkdən imtina edir
Nazirlər Kabinetinin 25.02.2015 tarixli 50 saylı qərarı ilə doğrulanan “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili” Qaydalarının 1.2 bəndinə görə, Çağrı Mərkəzi dövlət orqanında qanunçuluğun təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, SUİ-İSTİFADƏ əməllərinin qarşısının alınması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və VƏTƏNDAŞ MƏMNUNLUĞUNUN TƏMİN EDİLMƏSİ məqsədi ilə təşkil olunur.
Muxalifet2 - 29-06-2022
Dünya mediası Ərdoğanın siyasi zəfərindən yazır... - MADRİD ZİRVƏSİ GÜNDƏMDƏ...
Xəbər verdiyimiz kimi, Türkiyə, İsveç və Finlandiya tərəfindən imzalanan üçtərəfli memorandumda Finlandiya və İsveçin qardaş ölkə tərəfindən terror təşkilatları kimi tanınan PYD/YPG və FETÖ-ya dəstək verməyəcəyi və onları terror təşkilatı kimi tanıyacağı haqda razılıq əl
Muxalifet2 - 29-06-2022
Türkiyədə ermənilərə “Qərbi Ermənistan Respublikası”nın pasportu paylanıldı – ABRAMYAN BİR QRUP “PARLAMENTARİ” İLƏ QARDAŞ ÖLKƏYƏ SƏFƏR EDİB…
Türkiyə ərazisinin bir hissəsinə və Naxçıvana iddialı olan virtual “Qərbi Ermənistan Respublikası”nın qondarma “prezidenti” Armenak Abramyan bir qrup “parlamentari” ilə Türkiyənin şərq və cənub-şərq bölgələrinə səfər edib.
BU barədə Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Serdar Ünsal açıqlama verib.
Muxalifet2 - 1-07-2022
Herzlich willkommen mister Aliyev! – “Makler” Elmar Əliyevi Almaniyada belə qarşılayırlar
Yəqin sərlövhə sizləri təəccübləndirdi, çünki əcnəbi, daha dəqiq desək alman dilindədir. Niyə məhz alman dilində sualına yazını oxuyanda cavab tapacaqsınız. Hesab edirik mövzü hər halda media və sosial şəbəkələri izləyənlərə tanışdır. Çünki, son iki ayda ayrı-ayrı sayt və yazılı mediada bu olaydan bəhs edən çoxsaylı məqalələr dərc olunub. Unudanlar üçün hadisənin mahiyyətini qısa təsvir edək.
Muxalifet2 - 1-07-2022
RUSİYA YENİ HÜCUMA HAZIRLAŞIR - Çeçenlərdən ibarət yeni batalyonlar yaradılır
Rusiya Ukraynadakı hücumlarını genişləndirmək üçün çeçen döyüşçülərdən ibarət yeni batalyonlar yaradır.
Muxalifet.az xəbər verir ki, bu barədə tanınmış çeçen yazıçı, siyasi fəal German Sadulaev şəxsi “teleqram” hesabından paylaşım edib.
Muxalifet2 - 1-07-2022
35 750 HƏRBÇİ, 1577 TANK, 645 PUA, 14 GƏMİ... - Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqladı
"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkilərinin sayı 35 750 hərbçi təşkil edir”.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.
Muxalifet2 - 1-07-2022
RUSİYA NEÇƏ YERİNDƏN PARÇALANA BİLƏR ? – Və ya ayrılmağa namizəd əsas bölgələr hansılardır?
Redaksiyası Belçikanın paytaxtı Brüsseldə yerləşən “EUObserver” internet nəşrində “Rusiya dağılsa, hansı regionlar müstəqil dövlətə çevrilə bilər?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifləri Vaşinqtonda yerləşən Enerji Siyasəti Araşdırmaları Fondunun (EPRINC) tədqiqatlar üzrə direktoru Maks Pizyur və ABŞ-ın Nyuyark şəhərində yerləşən Ratgers Universitetinin siyasi elmlər üzrə professoru Aleksandr Motıldır. Məqaləni təqdim edirik:
Muxalifet2 - 1-07-2022