Axtarış
The search found 105706 results in 0.01 seconds.
Search results
Rusiyadan Tramp açıqlaması: "HƏR ŞEY YOLUNA DÜŞƏCƏK"
ABŞ-ın yeni administrasiyasının Suriya siyasəti ideologiyadan ayrılmış vəziyyətdədir.
Bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov deyib.
“Trampın bir iş adamı olmasından və yekdil qərarlar verməsindən çox məmnunuq. Həm özü, həm də komandası iş həyatından gəldiyi üçün praktiki mövzularda düşünməlidir. Ümid edirik ki, hər şey zamanla yoluna düşəcək”, - Rusiya rəsmisi bildirib.Muxalifet - 12-05-2017
"Mossad"ı Azərbaycana bağlayan nədir... - ƏMƏKDAŞLIĞIN PƏRDƏARXASI
Dünyanın ən güclü kəşfiyyat orqanlarının ilk “beşliyinə” daxil olan təşkilat ölkəmizdə fəaliyyət göstərib, amma...
Muxalifet - 12-05-2017
Nazirin “odlu çıxışından” restoranına necə od “düşdü”....
Yavər Camalovun ölkəmizin silah ixracatçısına çevrildiyini bəyan etməsindən 2 saat sonra Bakıdakı obyektində yanğın olması təsadüfdür, yoxsa?
“Müdafiə Sənayesi Nazirliyi (MSN) ”Yalquzaq" snayper tüfənginin ixracına başlayıb" xəbərinin ardından mayın 10-da nazir Yavər Camalovun mediada geniş müsahibəsi yayıldı. Y.Camalov müsahibəsində ölkəmizin getdikcə silah idxalatçısından silah ixracatçısına çevrildiyini bəyan etmişdi.Muxalifet - 12-05-2017
Tramp Rusiya və Ukraynanı sülhə çağırdı
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanı sülhə çağırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
“Dünən, bir gün ərzində, mənim Rusiya XİN rəhbəri Sergey Lavrov və Ukrayna XİN rəhbəri Pavel Klimkinlə görüşlərim olub”, - deyə Tramp “Tvitter” səhifəsində yazıb.
ABŞ prezidenti #LetsMakePeace ("Sülh içində yaşayaq") “haştaq”ı ilə hər iki görüşdən olan şəkillərin kollajını dərc edib.Muxalifet - 12-05-2017
ABŞ BƏƏ-yə “Patriot” raketləri satacaq – 2 MİLYARD DOLLARLIQ
ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə 2 mlrd. dollar dəyərində “Patriot” raketləri satmağa icazə verib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Pentaqonun Hərbi Əməkdaşlıq İdarəsindən bildirilib.
“Dövlət Departamenti BƏƏ-yə 2 mlrd. dollar dəyərində yeni “Patriot GEM-T” tuşlama sistemi ilə təchiz edilmiş təkmilləşdirilmiş “Patriot PAC-3” raketləri satmağa razılıq verib.
Məlumata görə, söhbət 160 ədəd raketdən gedir.Muxalifet - 12-05-2017
Sökülən evlərə təzminat doğru hesablanırmı? - SAKİNLƏR "YOX" DEYİR, RƏSMİLƏR...
Bakı Ağ Şəhər layihəsinin tikildiyi Xətai rayonuna aid Ərzurum yaşayış sahəsinin Turşu küçəsi ərazisində yaşayanlar tezliklə evlərini tərk etməlidirlər. Ərazidən yüzlərlə ailə köçülülsə də, burada sakinlərin öz hesablamalarına əsasən təxminən 100-ə yaxın ailə qalıb.
Sakinlərdən biri yaşlı qadındır, bizə danışarkən deyir ki, 2 subay oğlu ilə illərdir bu evdə yaşayır.Muxalifet - 12-05-2017
ABŞ-dan SENSASİON AÇIQLAMA: "Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər"
Tərəflərin qarşılıqlı güzəştlərdən imtina etməsi 2017-ci ildə irimiqyaslı hərbi əməliyyatların təkrarlana biləcəyini göstərir
"Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər".
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Koutsun Senatının Kəşfiyyat Komitəsinə təqdim olunan hesabatında bildirilib.Muxalifet - 12-05-2017
ABŞ KƏŞFİYYATINDAN XƏBƏRDARLIQ: "Rusiya yenə seçkilərə müdaxilə edəcək"
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Rusiyanın seçkilərə müdaxilə etməkdə davam edəcəyini bildirib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Pompeo Senatın kəşfiyyat məsələlərinə dair komitəsində çıxışı zamanı bildirib.
Onu fikrincə, Rusiya 2018, 2020-ci ildə də müdaxilə edəcək.
“Düşünürəm ki, biz bundan nəticə çıxaracağıq və bunu daha uğurla adlaya biləcəyik”, - deyə Pompeo bildirib.
Qeyd edək ki, 2016 ildə Barak Obama seçkilərə müdaxilə etdiyinə görə Rusiyanın 9 şirkətinə qarşı sanksiya tətbiq edib.Muxalifet - 12-05-2017
"Bunu Rusiyadan gizli hazırladıq" – VƏFAQ QULUZADƏ SİRRİ AÇIR
Bu gün Azərbaycanla Ermənistan arasında 1994-cü ildə Bişkekdə imzalanan atəşkəs müqaviləsindən 23 il ötür.
Həmin illərdə dövlət müşaviri vəsifəsini daşıyan və bir çox məxfi danışıqların iştirakçısı olan mərhum politoloq Vəfa Quluzadənin 2014-cü ildə, atəşkəsin 20 illiyi ilə bağlı Axar.az-a eksklüziv müsahibəsini oxuculara təqdim edirik:Muxalifet - 12-05-2017
AZƏRBAYCANLI OLİQARX HAQDA ŞOK FAKTLAR - Keçmiş arvadının xəyanətləri, gənc sevgililəri və...
Xəbər verdiyimiz kimi ötən gün axşam Britaniya KİV-lərinə London məhkəməsinin “Qafqaz əsilli” milyarderin keçmiş arvadının iddiası əsasında çıxardığı qərar sızdırılıb.
Muxalifet - 12-05-2017
«Ukrayna Rusiya imperiyasından tam «boşandı»» – POROŞENKO
Ukrayna KİV-in verdiyi xəbərə görə, Ukrayna Prezidenti Pyotr Poroşenko «1+1» telekanalına verdiyi müsahibədə deyib: «Avropa ilə vizasız rejimə keçərək, Ukrayna Rusiya imperiyasından «boşanması»nı axıra qədər sənədləşdirdi».
Onun sözlərinə görə, son davranışları Ukraynanı Avropa ölkələri arasında özünün tarixi mövqeyinə qaytarır. Prezident əmin olduğunu bildirib ki, Ukrayna pasportu səyahət etmək imkanlarına görə, «dünyanın ən cəlbedici 40 pasportu sırasına daxil olacaq».Muxalifet - 12-05-2017
FTB şefinin işdən qovulma səbəbi – “AND İÇMƏDİM”
ABŞ-ın Federal Təhlükəsizlik Bürosunun sabiq direktoru Ceyms Komi vəzifəsindən azad olunduqdan sonra ilk dəfə açıqlama verib.
Bununla bağlı "Nyu York Tayms" qəzeti məlumat yayıb.Muxalifet - 12-05-2017
MTN agentləri - Keçmiş nazir, QHT sədri, baş redaktor… - ONLARA NƏ QƏDƏR PULLAR ÖDƏNİLİB?
Həbsdə olan MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin dövlət büdcəsindən 7,7 milyon dollar mənimsəmələri ittihamı üzrə yeni detallar məlum olub.
Muxalifet.az saytı xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən MTN vəzifəliləri bu pulların agentlərə verildiyini bildirsələr də, şahid ifadələrində vəsaitin əksər hissəsinin mənimsənildiyi üzə çıxır.
Belə ki, istintaqa şahid qismində ifadə verən polkovnik M.A bildirib ki, pullar kassadan əsasən “Şimal küləyi” və “Qütb gecəsi” işi üzrə çəkilirdi.Muxalifet - 12-05-2017
Kasparov Ərdoğanla Putinə nələr dedi? - “İki diktator...”
Şahmat üzrə əfsanəvi dünya çempionu, Bakı ermənisi olan Harri Kasparov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edib.
Məşhur şahmatçı Ərdoğanı diktator adlandırıb.
"2002-ci ildə Türkiyənin Avropa Birliyinə gedən yolu ilə bağlı məqalə yazmışdım. Demokratiyası güclü olan bir müsəlman ölkəsi ilə xristian Avropası arasında körpünün böyük şans olduğunu bildirmişdim.
Türkiyə böyük bir tabunu dağıda bilər və müsəlman dünyasında demokratiyanın işləyəcəyini göstərə bilərdi.Muxalifet - 12-05-2017
Ərdoğandan Trampa mesaj: "VERGÜL DEYİL, NÖQTƏ…"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən öncə jurnalistlərə açıqlama verib.
Ərdoğan açıqlamasında amerikalı həmkarı ilə gözlənilən görüşünə diqqət çəkib: "Çindən sonra ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona gedəcəyik. Cənab Trampla ikitərəfli münasibətlər, regional və beynəlxalq problemləri, o cümlədən, İŞİD, YPG/PYD və FETÖ məsələlərini müzakirə edəcəyik.Muxalifet - 12-05-2017
Keçmiş “JEK” rəisinə 10 il cəza verildi – 470 MİN MANATLIQ QALMAQAL
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 37 yaşlı Namiq Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prosesə hakim Rasim Sadıxov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, N.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet2 - 12-05-2017
Almaniya teatrı Nizami Gəncəvini fars şairliyindən çıxardı - AMMA AZƏRBAYCAN ŞAİRİ DƏ DEMƏDİ
MHA: Səfirlik Nizami Gəncəvinin “orta əsrlər şairi” kimi təqdim edilməsinə də etiraz edib
Müəllif Hüquqları Agentliyi Almaniyanın Hannover şəhərindəki Junge Oper Hannover Teatrının Nizami Gəncəvi və onun “Leyli və Məcnun” əsəri ilə bağlı yol verdiyi yanlışlıqlara münasibət bildirib.Muxalifet - 12-05-2017
"PREZİDENT APARATINDA BU CASUS ŞƏBƏKƏSİNİ HİMAYƏ EDƏN İNSANLAR VAR"
Sərdar Cəlaloğlu: “Ordunun özündə də yüksək rütbəli adamlar olmadan, bu boyda şəbəkəni sərbəst şəkildə yarada bilməzdilər”
“Azərbaycan elə bir siyasət aprır ki, burda casusun olmamağının özü şübhəlidir”
“Xəyanətkarlar ifşa olunmadıqca, bizim övladlarımız boş yerə öləcəklər”
Muxalifet2 - 12-05-2017
Bakıda məşhur biznesmenin ailə işinə qarışan qadın yaxalandı - MİLYONLUQ QALMAQAL
Bakı polisi axtarışda olan qadını tutub.
Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda zərər vurmaqla) ilə başlanan cinayət işi əsasında axtarışa verilən Gəncə şəhər Kəpəz rayon sakini, 1975-ci il təvəllüdlü İsmayılova Səkinə Sərdar qızı gecə saatlarında tutulub. O, Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə yerləşdirilib.Muxalifet2 - 12-05-2017
Şirkət rəhbəri Ziya Məmmədova görə istefa verdi
Kanadanın qlobal miqyasda fəaliyyət göstərən "Bombardier” şirkətinin icraçı direktoru Pyer Boduen şirkətin son vaxtlar üzləşdiyi korrupsiya qalmaqallarına görə vəzifəsindən istefa verib.
Virtualaz.org xəbər verir ki, bu haqda "The New York Times” qəzetində yazılıb.
Məlumata görə, davamlı uğursuzluqlardan sonra Kanada hökumətinin maliyyə dəstəyinə ehtiyacı yaranan, təyyarələr, qatarlar və vaqonlar, eləcə də dəmiryol avadanlıqları istehsal edən şirkətin problemləri yaranıb.Muxalifet - 12-05-2017