Avstriya prezidenti Avropa ölkələrinə: “Trampın çaldığı hava ilə oynamayın”

Baxış sayı:
5701

Avstriyanın prezidenti Aleksander Van der Bellen avropalı siyasətçilərə ABŞ prezidenti Donald Trampın əmri ilə otrurub-durmamağa çağırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Avstriyanın dövlət başçısı bu sözləri Almaniyanın “Die Welt” saytında səsləndirib.
O, Avropa Birliyi və Birləşmiş Ştatların ziddiyyətə düşdüyü mövzularda İttifaqın öz mövqeyini əminliklə müdafiə etməli olduğunu düşündüyünü bildirib.
Van der Bellen bu mənada İranla imzalanan nüvə sazişi məsələsinə də toxunaraq ABŞ-ın əvvəlcə Avropa ilə birgə razılaşdırıb bağladığı həmin müqavilədən özünün çıxdığını bildirib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton indi də İranla iş qurmaq istəyən Avropa şirkətlərinə mane olur və onları əsassız yerə sanksiyalarla hədələyir.
“Bu artıq “ağ oldu”. Avropalılar Trampın havası ilə oynamalı deyillər ki...”, - prezident qəzəbini ifadə edib.
Van der Bellen Avropanın başqa məsələlərdə də eyni qətiyyəti göstərməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Avstriya Avropa Birliyi ölkələri içində Rusiyaya ən yaxın dövlətlərdən sayılır. Avstriya kansleri Sebastyan Kunts rəsmi Moskvaya qarşı tətbiq olunan sanksiyaların ləğvindən yana olan siyasətçilərdəndir.