Avropada Türkiyəyə təəccüblü F-35 dəstəyi

Baxış sayı:
4324

Vaşinqton rəhbərliyinin Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi satın alması səbəbiylə gündəmə gətirdiyi F-35 şantajına Avropadan təpki verilib.
 
 Fransanın müdafiə naziri Florence Parli ABŞ-ın F-35 məsələsində tətbiq edəcəyi sanksiya təhdidlərinin səhv plduğunu söyləyib.
Parli "NATO-nun həmrəylik gücünün bu və ya bu avadanlığı almaqla yerləşdirilməsi anlayışından narahatam. İttifaq şərtsiz olmalıdır, yoxsa ittifaq ola bilməz. NATO həmrəyliyi 5-ci maddəyə əsaslanır, F-35 maddəsinə deyil" deyib.
Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan S-400 məsələsində Türkiyəyə F-35 sanksiyalarını gündəmə gətirən ABŞ-ı ötən günlərdə xəbərdarlıq etmişdi.
Ərdoğan, "Məsələ S-400 deyil, Türkiyənin Suriya başda olmaqla, bölgəsindəki hadisələr barədə öz iradəsilə hərəkət etməsidir" demişdi.
 Müxalifət.az