“Avropa Parlamentinin iclasında Mixeil Saakaşvili ilə bağlı məsələ qaldırılacaq” - Deputat

Yatsek Sariuş-Volski: “Ukrayna hakimiyyətinin Saakaşviliyə münasbəti Avropa standartlarının pozulması deməkdir”
"Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qurbernatoru Mixeil Saakaşvili ilə bağlı məsələ Avropa Parlamentinin iclasında qaldırılacaq".
“Lenta.ru” xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Yatsek Sariuş-Volski bildirib.
O deyib ki, Ukrayna hakimiyyətinin M.Saakaşviliyə münasbəti rəsmi Kiyevin qəbul edərək, Avropa İttifaqı ilə imzaladığı "Assosiasiya haqqında" sazişin, eləcə də Avropa standartlarının pozulması deməkdir.
Yatsek Sariuş-Volskinin sözlərinə görə, Polşanın daxili işlər naziri Mariuş Blaşak, xarici işlər naziri Vitold Vaşikovski, infrastruktur və inkişaf naziri Ancey Adamçik Odesanın keçmiş qubernatoru ilə bağlı məsələni izləyirlər: “Vitold Vaşikovski məsələni Avropa Parlamentində qaldıracağına söz verib”.
Məlumata görə, M.Saakaşavili ilə bağlı Ukraynanın Varşavadakı səfiri Andrey Deşits Polşanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Qeyd edək ki, Gürcüstanda axtarışda olan sabiq prezident və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili sentyabrın 10-da Ukrayna ərazisinə keçib.
Xatırladaq ki, 2017-ci il iyulun 25-də Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Ukrayna Miqrasiya Xidmətindən bildirilib ki, müvafiq qərar “Vətəndaşlıq haqqında” qanunun əsasında qəbul olunub. Məlumata əsasən, M.Saakaşvili vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərib.
Qeyd edək ki, M.Saakaşvili Ukrayna vətəndaşlığını 2015-ci ilin mayında alıb. O, bu tarixdə Ukraynanın Odessa vilayətinin başçısı təyin olunmuşdu. M.Saakaşvili 2016-cı ilin noyabrında bu vəzifədən istefa verib./report