ATV-nin daha bir neçə əməkdaşı koronavirusa yoluxdu

Baxış sayı:
3184

“Azad Azərbaycan” Televiziyasının (ATV) bir neçə əməkdaşı koronavirusa yoluxub. 

Muxalifet.az News24.az-a istinadən xəbər verir ki, yoluxanlar arasında televiziyanın baş mühasibi, hüquqşünas, baş operator da var.

Daha bir neçə əməkdaş isə xəbərlər departamentindəndir.

Bildirilib ki, xəbərlər departamentində bu virusa yoluxan əməkdaşlar artıq müalicə olunaraq sağalıblar.