​ATƏT PA sədri Azərbaycana səfərə gəldi – FOTO

ATƏT Parlament Assambleyasının (PA) sədri Kristina Muttonen Azərbaycana gəlib.
Muxalifet.az xəbər verir ki, qonağı Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini, Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova qarşılayıb.
K. Muttonenin Bakıda bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.
Səfər sentyabrın 10-da başa çatacaq.