Atılmış bazada təzə tanklar tapdılar - Video
17-07-2018 11:04
Baxış sayı:
4702

Ukraynada atılmış hərbi bazada döyüşə hazır tanklar aşkarlanıb.
Muxalifet.az teleqraf.com istinadən xəbər verir ki, bununla bağlı “Youtube” sosial mediasında video yayımlanıb.
Kadrların müəllifi atılmış hərbi bazanı bunker tapmaq ümidi ilə araşdırdıqlarını və burada 300-ə yaxın sovet dövründən qalma tank tapdıqlarını bildiriblər. Görüntülərdə onlarla tam yeni “T-64” tankının olduğu görünür. Həmin döyüş maşınlarının üzərində möhürlərin olması diqqət çəkib.