Astarada ev yandı
26-11-2019 00:29
Baxış sayı:
13189

Astaranın Ovala kəndində yanğın hadisəsi baş verib.
Kənd sakini Bəylər Məcidova məxsus evdə yanğın baş verib. Əsasən taxta konstruksiyadan ibarət olan üç otaqlı yaşayış evi tamamilə yanaraq kül olub. Yanğın zamanı ev sahibəsi və üç uşağı evdə olub. Xoşbəxtlikdən onlar arasında xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.