Astarada 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Astara rayonunda yerli sakini elektrik cərəyanı vuraraq öldürüb.
 
Rayonun Ərçivan kənd sakini, 1977-ci il təvəllüdlü Anar Əziz oğlu Mürşüdovu yüksək gərginlikli elektrik cərəyanı vurub. Ağır bədən xəsarətlləri alan yaralı ətrafdakıların kömkliyi ilə Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb./report