​Arif Məlikov I Fəxri Xiyabanda dəfn ediləcək

Baxış sayı:
6160

Bu gün 86 yaşında dünyasını dəyişən Xalq artisti, dünya şöhrətli bəstəkar Arif Məlikov I Fəxri Xiyabanda dəfn ediləcək.
Bu barədə Mədəniyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov məlumat verib.
O bildirib ki, dahi bəstəkarla vida mərasimi bu gün saat 2:00-da Bakı Musiqi Akademiyasında baş tutacaq. Mərasimindən sonra Xalq artisti dəfn olunacaq.