ANKARA “S-400”-Ü SEÇƏCƏK, YOXSA “F-35”-İ? – ABŞ-da hələ də bu suala cavab axtarılır

Baxış sayı:
3703

Avrasiya materikində mühüm coğrafi məkanda yerləşən Türkiyə gələcək geostrateji perspektivləri düzgün dəyərləndirməyə çalışır. İkinci Dünya Müharibəsindən indiyədək Türkiyə Qərb dünyası ilə ortaq mövqedə dayanıb. Bəs bundan sonra nə baş verəcək?

Avropa Birliyinə, Avroatlantik məkanına inteqrasiya cəhdi davam etdiriləcək, yoxsa Asiya və Rusiyaya tərəf meyl artacaq? Sözsüz ki, vəziyyət olduqca mürəkkəbdir və bu baxımdan birmənalı fikir söyləmək çətindir. Türkiyə böyük dövlətdir və zəngin siyasi təcrübəyə malikdir. Yəqin ki, siyasi və diplomatik müstəvidə bu təcrübə işə yarayacaq.

Son dövrlər Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması ətrafında xeyli müzakirələr aparılır. Çünki beynəlxalq arenada Türkiyə tərəfindən “S-400” raketlərinin tədarükü təkcə hərbi texnika ilə təchizat məsələsi yox, eyni zamanda da yeni geosiyasi müstəviyə yönəlmək kimi anlaşılır. Bu mövzu ilə bağlı müxtəlif fikirlər mövcuddur.

ABŞ-ın “The National Interest” portalı “Daha bir S-400? – Doğrudanmı Türkiyə yenidən Rusiya ilə yaxınlaşır?” başlıqlı məqaləsində iki ölkə arasında yaranmış soyuqluqdan və gərginlikdən sonra Türkiyənin yenidən Rusiya ilə yaxınlaşması mövzusuna toxunur:

“İndi Türkiyə ilə Rusiya arasında “nadir” hesab ediləcək qədər yaxşı münasibət yaranıb. 19-cu əsrdə iki ölkə arasında bir sıra müharibələr baş vermiş və yekun nəticədə Türkiyə öz ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getmək məcburiyyətində qalmışdı. Bəli, bir neçəəsr ərzində Rusiya nəzərlərini Konstantinopola(müasir İstanbul) yönəltmişdi, çünki rus çarları özlərini birbaşa Bizans İmperiyasının varisləri sayıblar. Çar Rusiyası ilə Osmanlı İmperiyası Birinci Dünya Müharibəsi zamanı Qafqazda bir-birinə qarşı qanlı döyüşülər aparıblar.

Birinci Dünya Müharibəsi bitəndən və Osmanlı İmperiyası çökəndən sonra müasir Türkiyə Sovet İttifaqı ilə münasibətləri yoluna qoydu. Həm də müəyyən mənada ona görə ki, Vladimir Leninin rəhbərliyi altındakı bölşevik hökuməti Osmanlının şərqinə və Konstantinopla olan ərazi iddialarından imtina etdi. Bundan başqa, məhz sovetlərin silah təchizatı müasir Türkiyənin qurucu atası Mustafa Kamalın(Atatürk) Türkiyə-Yunanıstan müharibəsində yunanlar üzərində qələbə qazanmasında böyük rol oynadı.

İkinci Dünya Müharibəsindən sonrakı dövrdə vəziyyət Sovet İttifaqının 1925-ci ildə imzalanmış hücum etməmək haqqında paktdan çıxmasına görə kəskinləşdi. Türkiyə 1952-ci ildə NATO-ya daxil oldu və BMT silahlı gücləri tərkibində Koreya müharibəsinəəsgər göndərdi.

Əgər keçmişdə vəziyyət mürəkkəb idisə, indi o, tamamilə anlaşılmazdır. Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki tərəflə – həm NATO, həm də Rusiyayla münasibət qurmaqda davam edir. Bu həftə Rusiyanın dövlət KİV-lərinin yaydığı məlumatda deyilir ki, Türkiyənin Rusiyaya verdiyi hərbi texnika sifarişinin maliyyə həcmi təxminən 1 milyard dollardır.

Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin rəhbəri Dmitri Şuqayev məsələ iləəlaqədar Türkiyənin “Eko Türk Tv” kanalına deyib: “Bu gün Türkiyənin Rusiya hərbi texniakasına olan sifariş qovluğunu 1 milyard dollar həcmində dəyərləndirə bilərik. Bizim hərbi sfera üzrə gələcək işlərimizi yaxşı inkişaf etdirmək üçün möhkəm və ciddi əsaslarımız var”.

Bəzi məlumtalara görə, “S-400 Triumf” zenit-raket kompeksinin ikinci dəstinin çatdırılması iləəlaqədar Türkiyə və Rusiya arasındakı danışıqlar mərhələsində irəliləyiş yaranıb. Digər yandan Rusiya Türkiyə şirkətlərinin bu raket kompeksinin istehsalında birbaşa iştirak etməsi ilə bağlı Ankarayla texniki əməkdaşlığın mümkünlüyünü müzakirə etməyə hazırdır.

Dmitri Şuqayev “TASS” İnformasiya Agentliyinə verdiyi müsahibəsində deyib: ”Bu məsələ iləəlaqədar danışıqlar gedir, proses xeyli səy və müəyyən zaman tələb edir. Pandemiya ilə bağlı yaranmış mövcud məhdudiyyətlərə görə,nəzərdə tutulmuş sazişin nə vaxt imzalanacağı barəsində nəsə söyləmək çətindir”.

“S-400” zenit-raket komplesinin tədarükü ilə bağlı Rusiya Türkiyə ilə 2017-ci ilin sentyabrında 2,5 milyardlıq müqavilə imazalamışdı. Həmin müqaviləyə uyğun olaraq, Türkiyə tərəfi artıq ilk “S-400” sistemini alıb və həmçinin Türkiyəyə qismən istehsal texnologiyası da verilib.

Rusiyanın “S-400” kompeksləri təyyarələr, qanadlı raketlər, ballistik raketlər daxil olmaqla, bir sıra hava hədəflərini dəf etmək üçün nəzərdə tutulur. Bu kompleksləri yerüstü tikililər və qurğuların sıradan çıxarılması məqsədiylə də istəfadə etmək mümkündür. ”S-400”-lərin maksimal uçuş məsafəsi 400 kilometrə yaxındır və bundan başqa, onlar 30 kilometr hündürlükdəki hədəfləri də məhv edə bilirlər.

Onun potensial alıcılar siyahısına Çin, Hindistan, Səudiyyə Ərəbistanı və Qatar da daxildir. Böyüklüyünə görə Türkiyə ordusu NATO ölkələri içərisində ikinci yerdədir. Maraqlıdır ki, alyans üzvləri arasında Rusiyanın “S-400” kompekslərini əldə etmək istəyən tək ölkə Türkiyədir. Elə bu səbəbdən də Amerikan konqresmenləri Ankaraya “S-400” raketlərinin alınmasının ikitərəfli münasibətlərə neqativ təsir gösrəcəyi xəbərdalığını ediblər.

Türkiyənin alyans üzvü olmasına baxmayaraq, Rusiya hərbi texnikası almaq istəyinə qarşı çıxan NATO onu “F-35 Joint Strike Fighter” (Vahid qırıcı zərbəsi) proqramından xaric edib. ABŞ isə öz növbəsində onu sərt sanksiyalar tətbiq edəcəyilə hədələyib. Bilindiyi kimi, uzun müddətdir ki, Türkiyə ABŞ-da istehsal edilən “F-16” təyyarələrinin və eyni zamanda da digər hərbi avadanlıqların ehtiyat hissələrinin istehsalçısıdır. NATO-nun “F-35 Joint Strike Fighter” proqramından çıxarılmasına baxmayaraq, aprel ayının sonunadək Tükiyə bu proqramın reallaşması üçün lazım olan detalların istehsalını davam etdirib.

Görəsən, indiki vəziyyətdə NATO proqramından xaric edilən Ankara “F-35” təyyarələrinə alternativ axtaracaqmı?

2019-cu ilin avqustunda Prezident Ərdoğanın rəhbərliyi altındakı nümayəndə heyəti Moskva yaxınlığındakı Jukovskda keçirilən “MAKS-19” beynəlxalq aerokosmik sərgisində iştirak edən zaman “Su-35” və “Su-57” qırıcılarıyla tanış olmuşdu. Bəli, belə görünür ki, vəziyyət hələ uzun müddət mərəkkəb və anlaşılmaz olaraq qalacaq”. /AzPolitika.info