Angela Merkeldən Türkiyə açıqlaması
13-08-2018 18:37
Baxış sayı:
5065

Almaniyanın baş naziri Angela Merkel, keçirilən mətbuat konfransında Türkiyədəki valyuta böhranına dair bir suala cavab verib.
Türkiyənin iqtisadi olaraq böhran yaşanmasının kimsənin xeyrinə olmadığını bildirən Merkel, Mərkəzi Bankın bu məqamda müstəqil işinin əhəmiyyətinə toxunub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə yaxın zamanda bu məsələlərlə bağlı danışacağını deyən Merkel, iqtisadi olaraq Avropa İttifaqının ətrafının sabit olmasından bəhrələndiyini bildirib.
Merkel, "Almaniya iqtisadi olaraq inkişaf edən bir Türkiyə istəyir. Bu bizim də xeyrimizədir" deyib.
Müxalifət.az