Almaniya Puçdemonu İspaniyaya verir

Baxış sayı:
3241

Almaniyanın Şlezviq Qolşteyn məhkəməsi Kataloniyanın eks-lideri Karlos Puçdemonu İspaniyaya verməyə razılaşıb.

Muxalifət.az  xəbər verir ki, məhkəmə Puçdemonun dövlət vəsaitlərinin mənimsənilməsində iştirak etdiyini də təsdiqləyib.

Buna baxmayaraq, məhkəmə Puçdemonu qiyam təşkilində ittiham etməkdən imtina edib.

Beləliklə, İspaniyaya təhvil veriləcək Puçdemonun bu maddə ilə ittiham olunması mümkün olmayacaq.