AĞDAŞDA XÜSUSİ ƏMƏLİYYAT KEÇİRİLDİ – Rüşvət alan daha bir yüksək vəzifəli şəxs tutuldu

Baxış sayı:
3051

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağdaşda xüsusi əməliyyat keçirib. 

Muxalifet.az bildirir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Şöbəsinin sədri tutulub.

DSMF-nin yüksək vəzifəli əməkdaşının rüşvət alma faktı üzrə saxlanıldığı deyilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.