Ağdamda ər arvadını döyüb xəstəxanalıq etdi
2-01-2018 13:24
Baxış sayı:
3004
Ağdam rayonunda kişi 27 yaşlı həyat yoldaşını döyüb.
"Report" xəbər verir ki, hadisə rayonun Qərvənd kəndində qeydə alınıb.
Belə ki, 1990-ci il təvəllüdlü Mənafona Nərmin Nüsrət qızı ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.