Ağcabədinin Yuxarı Qıyamədinli kəndində su problemi – SAKİNLƏR İLLƏRDİR SUSUZLUQDAN ƏZİYYƏT ÇƏKİR
21-12-2022 13:03
Baxış sayı:
5662

Ağcabədi rayonu, Yuxarı Qıyamədinli kənd sakini Quliyev Rəhman Vəlihəddin oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
“2022-ci il olmasına baxmayaraq, biz su tapa bilmirik”, - deyən R.Quliyev bildirir ki, kənd sakinləri illərdir susuzluqdan əziyyət çəkir.
“Suyu eşşəklə başqa yerdən gətiririk”,- deyə o, bildirir.
Qeyd edək ki, məsələ ilə bağlı Ağcabədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cavb ala bilmədik. Belə çıxır ki, onlar da “susuzluqdan əziyyət çəkir”, telefonlara cavab verə bilmirlər.
Şikayətçinin bizə göndərdiyi video-müraciəti olduğu kimi oxuculara təqdim edirik:
Jalə FAMİLQIZI,
Hurriyyet.az