Ağ Evdə DAHA BİR İSTEFA

Baxış sayı:
3241

Ağ Ev, prezident Donald Trampın yaxın müşavirlərindən olan kommunikasiya direktoru Hope Hicksin istefa qərarı aldığını və növbəti bir neçə həftə ərzində bu vəzifədən ayrılacağını açıqlayıb.
 
Prezident Trampın ən uzun müddət birgə çalışdığı adamlardan biri olan 29 yaşlı keçmiş model Hope Hick, avqust ayında Entoni Scaramuccinin istefasından sonra Ağ Evin kommunikasiya direktorluğu vəzifəsinə gətirilmişdi. Tramp, Hicksin istefasına dair yazılı açıqlamasında "Hope mükəmməl biridir və son üç ildə çox gözəl işlər gördü. Zəkalı, düşüncəli və möhtəşəm bir şəxsdir. Onun üçün darıxacağam. Qarşısına çıxan müxtəlif fürsətləri dəyərləndirmək istədiyini mənə deyəndə anlayışla qarşıladım. Əminəm ki, gələcəkdə yenidən birlikdə çalışacağıq" deyib.
Qeyd edək ki, Hicksin istefası ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı verdiyi ifadədən sonra ortaya çıxıb. Amerika mediası Hicksin komitəyə verdiyi ifadədə, ABŞ prezidenti Trampa arabir ağ yalan söylədiyini bildirmişdi. Ağ Ev sözçüsü Sarah Sanders, Hicksin istefa qərarının komitəyə verdiyi ifadə ilə bağlı olmadığını bildirib.
Müxalifət.az