“Ağ Ev söyləyəcəklərimdən qorxduğu üçün...” - Trampın işdən çıxartdığı Boltondan ilginc iddia

Baxış sayı:
3574

ABŞ prezidenti Donald Tramp tərəfindən vəzifəsindən kənarlaşdırılan keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton uzun sürən sakitliyini pozub.

Musavat.com sozcu.com.tr-yə istinadən xəbər verir ki, sentyabr ayında vəzifəsindən ayrıldıqdan sonra ilk dəfə tvitterdəki hesabından mesaj paylaşan Bolton, Ağ Evin özünün şəxsi tvitter hesabına girişini əngəllədiyini iddia edib.

ABŞ prezidenti Donald Tramp ilə tez-tez fikir ayrılığı yaşayan keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Tvitter-də təəccüblü açıqlamalar verib.

Bolton twitter ile ilgili görsel sonucu

Son olaraq şəxsi hesabından istefa vermək qərarını elan edən Bolton, 10 sentyabr tarixli bir paylaşımında “istefa ərizəmi dünən axşam prezident Trampa təqdim etdim. Prezident isə sabah danışarıq dedi... ", – deyə qeyd etmişdi.

Bolton bu mesajı yazdıqdan uzun müddət sonra özünün sakitliyini pozub. O, dünən yenidən, təxminən iki ay aradan sonra şəxsi tvitter hesabından mesaj paylaşıb.

“İki aydan da çox bir sakitlikdən  sonra tvitter-ə qayıtmaq olduqca gözəl hissdir. Hekayənin pərdəarxası üçün izləməyə davam edin”, - deyə qeyd edən Bolton Ağ Evə sensasion mesaj yollayıb.

Bolton twitter ile ilgili görsel sonucu

“İtdiyimi söyləyənlər...”

Keçmiş milli təhlükəsizlik müşaviri tvitter hesabından paylaşdığı mesajlardan qısa müddət sonra ilginc iddialarla çıxış edib.

O, şəxsi sosial media hesablarına Ağ Ev tərəfindən müdaxilə edildiyini bildirib: “Milli təhlükəsizlik müşaviri olaraq vəzifəmdən istefa verdikdən dərhal sonra şəxsi tvitter hesabıma haker hücumları edilməyə başlandı və hesaba daxil olmağım müşkül məsələyə çevrildi. Ağ Ev şəxsi tvitter hesabıma edilən müdaxiləyə qarşı heç bir tədbir görmədi. Bu isə onu deməyə əsas verir ki, burada Ağ Ev rəsmilərinin də barmağı var. Çünki onlar söyləyə biləcəklərimdən qorxurlar və belə bir yola əl atmaqla məni susdura biləcəklərini düşünüblər. “İtdiyimi” söyləyənlərdən üzr istəyirəm. Çünki onlara böyük bir xəyal qırıqlığı yaşatdım.”