Ağ Ev-dən Trampın İrlandiya səfəri barədə AÇIQLAMA
12-09-2018 01:11
Baxış sayı:
5032
ABŞ prezidenti Donald Trampın İrlandiyaya səfər edib-etməyəcəyi məsələsi hələlik həll olunmayıb və müzakirə altındadır. Bunu jurnalislərə Ağ Evin mətbuat katibi Sara Sanders deyib.
S.Sanders bildirib: "Prezident əvvəl elan olunduğu kimi noyabrda Parisə gedəcək. Biz hələ ki, İrlandiyaya səfər olub-olmayacağını müzakirə edirik. Detallar dəqiqləşən kimi sizə məlumat verəcəyik".
Öz növbəsində, İrlandiya hökumətinin nümayəndəsi "Reuters" agentliyinə bildirib ki, ABŞ prezidentinin nəzərdə tutulan səfəri təxirə salınıb. Onun sözlərinə görə, ABŞ tərəfi səbəb olaraq sıx iş qrafikini göstərib.