Afrində XAİN TƏLƏ: 8 ŞƏHİD VERİLDİ

Baxış sayı:
3889

“Zeytun Budağı” Hərəkatında 41 gün geridə qalarkən, öldürülən terrorçu sayı 2 min 222-yə yüksəldi. Afrində 1083 nömrəli təpədə, tunellərdən çıxan təxminən 100 nəfərlik terrorçu qrup, təhlükəsizlik güclərinə ağır silahlarla hücum edib. Toqquşmada 8 əsgər şəhid olub, 13 əsgər yaralanıb.
 
TSQ-nin Afrində davam etdirdiyi “Zeytun Budağı” Hərəkatının 42-ci gününə girərkən, dünən bölgədən gələn acı xəbər bütün Türkiyənin ürəyini dağlayıb. Afrinin şimal-qərbində yerləşən Məhəmmədli, Bilalko və Əl Nəzəri kəndlərinin arasındakı 1083 nömrəli təpəyə dünən səhər terrorçular sızmağa cəhd göstərib. Jandarm və Polis Xüsusi Hərəkat qrupları ilə gözətçilər, terrorçuları püskürdüb.
 
TUNELLƏRDƏN SIZIB AĞIR SİLAHLARLA HÜCUM ETDİLƏR
 
Ancaq dumanlı havanı fürsət bilən 100 nəfərlik PYD/PKK-lı terrorçu qrup, günorta saatlarında bu dəfə qalın beton divarlarla hörülmüş tunellərdən sızmağa çalışıb. Terrorçular çiyində daşınan raket, minaatan və doçkalarla hücum edib. Təhlükəsizlik qüvvələri cavab verib.
 
HÜCUM VERTOLYOTU ZƏDƏ ALDI
 
Bölgəyə kömək birlikləri sövq edilərkən, 1083 nömrəli təpə sərhəddəki artilleriyadan atəş altına alınıb. Hava dəstəyi və yaralıların evakuasiyası üçün qalxan və bölgəyə çatan hücum vertolyotları da terrorçular tərəfindən hücuma məruz qalıb. Zədə alan bir vertolyot, bölgəyə eniş etməyərək geri çəkilib.
 
CAN VERDİLƏR KEÇİD VERMƏDİLƏR
 
Tunellərdən çıxan terrorçu qrupla kəskin qarşıdurmaya girən Türk əsgəri, canı bahasına təpəni müdafiə edib. Şiddətli döyüşdə şəhid və yaralı verən Türk əsgəri strateji əhəmiyyətə malik Kəltəpəni terrorçulara buraxmayıb. Terrorçuların atəş nöqtələrinin radarlar ilə müəyyən edilməsindən sonra F-16-lar havaya qalxıb. Təyyarələr terrorçuların yerləşdiyi və qaçış nöqtələrinə bomba yağdırıb. Bombardımandan sonra bölgəyə enən vertolyotlar, vəziyyəti ağır olan yaralıları götürərək Hatay və Kırıkhandakı xəstəxanalara gətirib.
 
22 TERRORÇU ÖLDÜRÜLÜB, 8 ƏSGƏR ŞƏHİD olub, 13 ƏSGƏR YARALI
 
Türk Silahlı Qüvvələri (TSQ), gecə saatlarında 2 dəfə açıqlama verməklə 8 əsgərin şəhid olduğunu, 13 əsgərin yaralandığını açıqlayıb.
İlk açıqlamada, "5 qəhrəman silah dostumuz şəhid olmuş, 7 qəhrəman silah yoldaşımız yaralanıb" deyildi. Qısa müddət sonra gələn ikinci açıqlamada isə 3 əsgərin şəhid olduğu, 6 əsgərin yaralandığı bildirildi. Şəhid sayı 8-ə, yaralı sayı 13-ə yüksəlib. Münaqişədə 2 ASO əsgəri şəhid olub, 2-si yaralanıb. 22 terrorçu zərərsizləşdirilib. 1-i yaralı 2 terrorçu sağ ələ keçirilib.
Müxalifət.az