Adnan Oktarın villasındakı 10 mikrodalğalı sobanın sirri

Baxış sayı:
3064

Adnan Oktarın villasında müxtəlif yerlərdə qoyulmuş 10 ədəd mikrodalğalı soba olduğu müəyyən olunub. Oktar və təşkilat üzvlərinin bu sobaları mümkün bir əməliyyatda hard diskləri və telefonları yandırmaq üçün nəzərdə tutulduğu qeyd olunub. Adnan Oktar və qrupuna qarşı istintaqa hər gün yeni heyrətamiz təfərrüatlar ortaya çıxır. “Habertürk”-ün yazarı Nagehan Alçı, "A-dan Z-yə Adnan Oktar Əməliyyatı" başlıqlı yazısında bəzi gerçəkləri anladıb. ÜZƏRİNƏ QEYD OLUNAN HEÇ BİR ŞEY YOXDUR Adnan Oktar üçün "Adına qeyd olunan heç bir şey yoxdur. Nə bir qeydiyyat çıxarışı, nə bir hesab uçotu, nə bir telefon. Oktar bütün xərclərini müridləri üzərindən aparıb" deyə, yazan Alçı, təşkilata aid bəzi gerçəkləri köşəsində yazıb: İSRAİL DƏSTƏYİ “Hamıya bir əfsanə kimi izah edilən İsrail dəstəyi iddiasının həqiqətə uyğun olub olmadığına da baxdım. Aşkar edilən ciddi əlaqələr var, bürokratlar və din xadimləri ilə mütəmadi görüşlər və onlar üzərindən gələn pullar var. İsraildən Türkiyəyə pul göndərmə məhdudiyyəti 20 min dollardır. Məsələn, 10 nəfər Oktarı ziyarətə gəlir və 200 min dollar gətirirmiş. Ən böyük ianəçi da Qüds məsələsində Trampı təşviq edən milyarder Sheldon Adelsondur. Yəni həm İsrail, həm də ABŞ-dakı sionist lobbilərlə əlaqəsi mövcuddur. TƏŞKİLATIN 2-ci ŞƏXSİ KİMDİR? Həbs qərarı çıxarılan 235 nəfərin 178-i yaxalanıb. Bütün ağır toplar həbs olunub. Dünən Fatih Altaylı, Tarkan Yavaşın Oktardan əhəmiyyətli olduğunu yazıb, bəli, Yavaş təşkilat daxilində mühümdür, amma əməliyyatı aparanlara görə, 2-ci şəxs o deyil, 2-ci şəxs Oktarın yanında avtomobildə yaxalanan Didem Ürərdir. VİLLADAKI 10 MİKRODALĞALI SOBANIN SİRRİ Öyrəndiyim maraqlı bir detal da əməliyyatda villada ələ keçən 10 mikrodalğalı sobadır. 1999-cu ildəki əməliyyatın nəticəsi olaraq tədbirli davranıb,bu sobaları evin müxtəlif yerlərinə yerləşdiriblər. Ehtimal olunan bir əməliyyatda hard diskləri və telefonları yandırmağı planlaşdırıblar, ancaq buna da müvəffəq ola bilməyiblər. Müxalifət.az