Adnan Oktarın sağ əli də yaxalandı
13-07-2018 10:36
Baxış sayı:
2797

Adnan Oktar təşkilatının səlahiyyət baxımından ikinci şəxsi Tarkan Yavaşın dünən gecə keçirilən əməliyyatla yaxalandığı bildirilib.
Adnan Oktar təşkilatının iki nömrəli şəxsi Tarkan Yavaş, əməliyyat keçirilərkən evində tapılmamışdı.
Məlumata görə, qaçdığı düşünülən Tarkan Yavaş, gecə keçirilən əməliyyatla nəzarətə alınıb.
Elmi Araşdırma Fondunun keçmiş sədri olan Yavaşın, kiçik yaşlı uşaqlara cinsi istismar, dələduzluq və beynəlxalq casusluq başda olmaqla, 20 cinayətdən axtarıldığı bildirilmişdi.
Müxalifət.az