Adnan Oktar araşdırmasında ilginc detallar: 15 YAŞINDA QIZLARI..

Baxış sayı:
3208

Cinsi istismardan casusluğa qədər haqqında 30 ittihamı olan Adnan Oktarın 15 kiçik qız uşağına cinsi təcavüz etdiyi iddia edilib.
 
Cinayətkar təşkilatın lideri olduğu iddiasıyla həbs edilən Adnan Oktara qarşı istintaq gedir. İstintaqda öz əksini tapan iddialara görə, təcavüz, zorakılıq və təhdidlə qadınların rəhbərə beyət etməsi təmin olunur. Dosyedə 15 uşağa qarşı cinsi təcavüz iddiası da var. Vəkili, "cəzasızlıq səbəbi kimi qiymətləndirdiyi Oktarın ağıl sağlığı ilə bağlı son qərarı Ədliyyə Tibb Qurumunun verəcəyini bildirib. Adnan Oktar, sorğu-sual olunmaq üçün İstanbul Polis İdarəsində saxlanılır. Nəzarətdə olduğu ilk gecəsində vəkili ilə görüşən Oktarın hadisədən şok yaşadığı bildirilib.
 
ŞİZOFRENİYA
 
Görüşlə bağlı məlumat verən vəkil Atanur Dəmirin, Adnan Oktarın ağıl sağlamlığına yönəlmiş bir sual üzərinə, bunun "cəzasızlıq səbəbi olduğunu dilə gətirməsi və sonrakı mərhələdə bunu dəyərləndirəcəklərini deməsi diqqətlərdən qaçmayıb.
İctimai rəydə "Adnan Xoca kimi tanınan Oktar, ilk mühakimə olunduğu məhkəmə zamanı" şizofreniya diaqnozu ilə Bakırköy Ruh və Əsəb Xəstəlikləri Xəstəxanasında 10 ay müalicə görmüşdü. Ədliyyə Tibb Müəssisəsinin diaqnozu dəyişdirməsindən sonra Oktar, xəstəxanadan çıxdı. Əsəb xəstəxanasındakı prosesi etdiyi çıxışlarda da bəhs edən Oktarın, sonrakı illərdə GATA-nın verdiyi saxta hesabatında da, "paranoid şizofreniya” diaqnozu aldığı qeyd olunub. Son nəzarət Oktarın cəzaya layiq olub olmadığı mübahisəsini ortaya çıxarıb və bu məsələ ilə bağlı vəkili Atanur Dəmir belə şərh edib;
"Ağıl sağlamlığının yerində olub olmaması ilə bağlı məsələ Ədliyyə Tibb Müəssisəsi tərəfindən veriləcək bir hesabatla dəqiqləşəcək. Bu cəzasızlıq səbəbidir. Ancaq hələlik belə bir məsələ söz mövzusu deyil. Sonrakı mərhələdə biz hüquqşünas olaraq bunu qiymətləndirəcəyik. Onunla bağlı bizim müşahidəmiz, müvəkkilin tələbi, məhkəmənin bu işi əhəmiyyətlidir, hazırda gündəmimizdə müdafiə olaraq belə bir fikrimiz yoxdur" deyə, söyləyib.
 
ANLAM VERMƏMİŞ
 
Oktarı polisdə sziyarət edən vəkili, həmçinin, "Polisdə hər hansı bir təzyiq olmadığını deyib. Sağlamlıq durumu da yerindədir. Paltar, dərman kimi tələbləri oldu, kalsiuma ehtiyacı olduğunu söylədi. Onları yerinə yetirdik. Daha əməliyyatın şoku üzərindədir. Ümumiyyətlə deyir ki, bu ölkənin illərdir gündəmində, medianın gündəmində olan adamam. Dövlətlə iç-içə olan adamam. Hər hansı bir hüquqa zidd hərəkətim olmayıb ki. istintaqa bir anlam verə bilə. İncidildiyini deyib. Özünün bəraət alacağını düşünür" deyib.
 
BACILAR
 
İddiaya görə, təşkilat quruculuğunda qadınlar "Bacılar" "İmam Bacılar" və "Bacı İmamları" olaraq 3 qrupa bölünür. Kişilər isə "Qardaşlar", "İmam Qardaşlar" və "Qardaş İmamları" kimi ayrılır. Adnan Oktarın liderliyini etdiyi təşkilatın ikinci şəxsinin isə Didem Ürər olduğu irəli sürülür.
 
15 UŞAĞA TƏCAVÜZ İDDİASI
 
Bu arada istintaqa 11 ilə 17 yaş arasında 15 uşağın cinsi təcavüzün olduğu, 20 qadının da dəfələrlə təcavüzə məruz qaldığına qarşı iddiaların olduğu müəyyən olunub.
Təşkilatın aldatdığı qadınlarla zorla birlikdə olmaq üçün "Turniket" sistemi adını verdikləri bir sistemi tətbiq etdikləri, "Pişik Balası" adlandırılan qadınlar da Oktarın almacıq sümüyü çıxıq, incəbelli və qalın dodaqlı qadınları xoşladığı üçün bir-birinə bənzədikləri qeyd olunub.
5 il əvvəl 11 yaşında ikən təşkilatdakı A.O. tərəfindən cinsi təcavüzə məruz qaldığı irəli sürülən uşağın anası haqqında da istintaq aparıldığı irəli sürülüb. Adı gizli saxlanılan 16 yaşlı uşağın anası tərəfindən təşkilata aparıldığı iddia edilib.
 
TURNİKET SİSTEMİ NECƏ İŞLƏYİR
 
İddiaya görə, "turniket” sistemi belə çalışır; Təşkilata bir kişi üzv tərəfindən gətirilən qadınlar öncə bir müddət lüks həyat içində yaşayır. Daha sonra isə bloklardan ibarət olan lüks villlarda saxlanılır. Qadınlar buralarda dəfələrlə təcavüzə məruz qalır. Psixoloji müqavimətləri qırılan qadınlar təşkilata tabe olur.
İddiaya görə, qadınlar daha sonra özlərini turniketdən çıxaran təşkilat liderlərinə itaət edir. Bu prosesdə yaşadıqlarına dözən qadınlara sakitləşdirici verilir. Turniketdən çıxandan sonra təşkilata daxil olan qadınların etiraz etdiyi təqdirdə, qaş qırxılma, saçlarının kəsilməsi və zor tətbiq edilməsi kimi cəzalar verildiyi qeyd olunub. Əməliyyatlardan sonra yeni turniket sisteminə verildiyi iddia edilən qadınlardan bəzilərinin, illərlə əsir kimi tutulduğu irəli sürülür.
Müxalifət.az