​İş adamına qarşı dələduzluqda günahkar bilinən ər-arvada BƏRAƏT VERİLDİ

Baxış sayı:
4705

Şəkidə iş adamına qarşı dələduzluq etməkdə təqsirli bilinən Rahim Məmmədov və onun həyat yoldaşı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifət.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmə istintaqı zamanı Rahim Məmmədov və Aynur Məmmədovanın əməli sübuta yetirilməyib və onların barəsində bəraətverici hökm çıxarılıb.
İstintaq orqanını gəldiyi nəticəyə görə, Rahim Məmmədov və onun həyat yoldaşı Aynur Məmmədova Şəki şəhərində bizneslə məşğul olan Aytən Mahmudovaya qarşı dələduzluq ediblər. İstintaq orqanı onların barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan etmişdi. Hacı Zeynalov