ABŞ və Fransa təlim verir: PKK-dan YENİ PLAN

Baxış sayı:
4666

 Terror təşkilatı PKK 1 il əvvəl TSQ və ASO-nun azad etdiyi Afrin üçün ordu hazırlayır. Aynəl Ərəb-də 2 min terrorçuya Fransız və Amerikalı mütəxəssislər tərəfindən təlim verilir. Təşkilat sözdə “ordu”nun 3 ay içərisində 15 min nəfərə çatmasını hədəfləyir.
 
Bütün xərcləri də koalisiya tərəfindən ödənilən təlim fəaliyyətləri çərçivəsində klassik hərbi təhsillə bərabər, dinləmə, sızma, kamuflyaj, zenit, tanksavar, əks kəşfiyyat və insansız hava vasitələri mövzusunda təlimlər verilir.
 
AFRİNLİLƏR SEÇİLİR
 
 Düşərgə sözdə İŞİD əleyhinə koalisiyanın yüksək səviyyəli rəhbərləri tərəfindən də 2 dəfə ziyarət edilib. Təşkilatın sözdə rəhbərlərindən Mustafa Məhəmməd bundan sonrakı ilk hədəflərinin Afrin olduğunu və bu çərçivədə yeni bir birlik hazırladıqlarını açıqlayıb. PKK-nın Afrin üçün yaradılan birliyin sayını 3 ay ərzində 15 minə çıxarmağı hədəf seçdiyi ifadə edilir. Təhsil verilənlər arasında Afrin əsillilərin olmasına xüsusi əhəmiyyət verilir. PKK təbliğatı ilə Tel Rifat bölgəsinə köç edən çox sayda Afrinli ailədən yalan təbliğat yolu ilə uşaqları alınaraq terror ordusuna daxil edilməyə çalışılır.
 
300 İŞİD-çıya TƏLİM VERİLİB
 
 PKK-nın Afrin üçün hazırladığı terror ordusuna İŞİD döyüşçüləri də dəstək verəcək. İntihar aktivistləri, mina və partlayıcı mütəxəssislərinə əlavə olaraq xüsusi təlimli İŞİD-çı təxribat qrupu da PKK-nın fərqli düşərgələrində Afrin üçün təlim keçir. Rakkaya bağlı Tabka rayonunun Mahmudlu məntəqəsi və Münbiç-Set Tişrində Afrin üçün təlimə alınan İŞİD-çı sayının isə 300-ü keçdiyi bildirilir. Afrin bölgəsində mövcud olan özəkləri ilə partlayış əməliyyatlarını davam etdirən PKK, yeni dövrdə sızma və cəbhə döyüşlərinə girmək planı edir. Terror təşkilatı Hələb üzərindən Bas əl Həya, Meryemiyn, Akiba və Anneb bölgələrinə göndəriləcək xüsusi təhsilli döyüşçülərlə TSQ və ASO qoşunlarına qarşı geniş basqınlar etməyi hədəfləyir.
Müxalifət.az