"ABŞ Türkiyədən neft və İsraildəki mənfəəti üçün istifadə edir" - SURİYA RƏSMİSİ

Baxış sayı:
3577

Suriyanın suverenliyi üçün silahlı terrorçu qruplaşmalar, eləcə də Türkiyə və ABŞ “işğalı”na müqavimət göstərməsi haqqıdır.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Suriya Xarici İşlər nazirinin müavini Faysal Mikdad deyib.

“Ordumuzun son nailiyyətləri yeni bir hərbi mərhələnin başladığını göstərir. ABŞ Türkiyədən neft və İsraildəki mənfəəti üçün istifadə edir. Türkiyə Suriyanın düşmənidir. Onlar bizim torpaqlarımızı işğal edir və bununla da ölkəmizə terror qruplaşmaları daxil olur. İnanıram ki, bir neçə gün ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya ilə “müharibəsi” sona çatacaq. Ərdoğan fikirləşməlidir ki, Suriya dövlətinin zəifləməsi Türkiyəyə daha sonra təsir edəcək”, – nazir müavini bildirib.