ABŞ-ın Türkiyə ilə bağlı məqsədi odur ki... - Özdəmir
27-07-2018 20:12
Baxış sayı:
2623

ABŞ Türkiyəni öz kursuna qaytarmağa çalışır, iqtisadi böhranı hədəfləyən sanksiyalar tətbiq edə bilər. Muxalifet.az xəbər verir ki, bunu türkiyəli politoloq Volkan Özdəmir deyib. "Tramp genişmiqyaslı sanksiyalarla Türkiyənin beynəlxalq təşkilatlardan kredit almasına əngəl ola bilər. Ancaq Türkiyəni iqtisadi mənada sıxışdırmağa yönəlik bu həmlə ABŞ-ın son həmləsi olmaya bilər. Çünki Pensdən sonra Tramp da geniş sanksiyalar tətbiq edəcəyini söylədi", - Özdəmir vurğulayıb.