ABŞ-ın S-400 “dərdi”nin arxasında nə yatır?

ABŞ-ın Türkiyənin S-400-lərlə hava müdafiə sistemini gücləndirmək həmləsi qarşısında “Patriot”ların satışı və istifadəsi məsələsində yeni güzəştli təklifləri etməsi ağıllara Türkiyə dövlətinin ilk illərində Kayseri və İstanbulda qurulan təyyarə zavodlarının bağlanması üçün təyyarələrin hədiyyə olaraq verilməsinə qədər varan ABŞ təkliflərini gətirib. ABŞ-ın təlqin və təklifləri 1952-ci ildə tamamilə bağlanılan təyyarə zavodlarının acı hekayəsi yaddaşlarda yerini qoruyarkən, ekspertlər ABŞ-ın “Patriot” barəsində inadkarlığının da keçmişdə olduğu kimi, yerli silah sənayesini və ölkə müdafiəsini zəiflətmək olduğu fikirində birləşirlər.
"Türkiyənin inkişaf etməməsi üçün bir çox oyun qondardı"
Türkiyə üzərində keçmişdə və günümüzdə bir çox oyun oynadığını və ən son FETÖ əli ilə həyata keçirilən 15 iyul xain çevriliş təşəbbüsü ilə Türkiyənin hərbi və siyasi mənada inkişafını “tənzimləmək” istədiklərini deyən Ədaləti Müdafiə Edənlər və Strateji Araşdırmalar Mərkəzi Dərnəyinin (ASSAM) sədr müavini Çatsan Ergür, "Türkiyənin bölgədə söz sahibi olmasını istəməyən bir çox dövlət var. Bunların başında ABŞ durur. Bu ölkələr Türkiyənin onlardan müstəqil hərəkət etməsini, siyasi və hərbi sahədə güclənməsini istəmir. Yaxın tariximizdə bunun nümunələri var. ABŞ hədiyyə təyyarə və təyyarə mühərriki vədilə təyyarə zavodlarımızı bağlatdırıb. 1996-ci ildə Muavenet Zirehli gəmisi batdıqdan sonra Gölməçədə gəmi mühərriki istehsal edən zavodu da bağlatdıraraq gəmi hədiyyə edəcəyini söyləmişdi. Türkiyəyə 10 gəmi verəcəyini vəd etsə də, əvəzində 5 gəmi göndərmişdi. Göndərdiyi bu gəmilər də texnoloji olaraq yetərsiz gəmilərdir. ABŞ-ın keçmiş siyasətinə baxanda Türkiyənin müstəqil və ya bir başqa ölkə ilə razılaşaraq öz nəzarətindən uzaqlaşan bir siyasət aparmasına heç vaxt imkan verməyəcəyini demək olar. Avropa ölkələri Türkiyənin atdığı addımların gerçəyini gördüyü zaman vahiməyə düşməyə başlayır. Bu günə qədər nə üçün “Patriot” sistemlərini vermək istəmədilər, indi niyə verirlər? Bu günə qədər Türkiyənin Rusiyadan hava müdafiə sistemi almasını gözləmirdilər. Türkiyəni təsirləri altına almaq üçün lazımi addımları atdıqlarını hesab edirdilər. İstər FETÖ, istər PKK, istərsə də iqtisadi sanksiyalarla siyasi və hərbi inkişafların ipini çəkməyi hədəf seçirdilər. Bu gün 15 iyuldan sonra Türkiyəyə əngəl ola bilməyəcəklərini başa düşdükləri üçün “Patriot”ları verək” yalanını ortalığa atıblar" deyə şərh edib.
Müxalifət.az