​ABŞ Rusiya və İrana qarşı HƏRB VARİANTINI da gündəmə gərtirir – ŞOK TƏHDİD

Baxış sayı:
3181

ABŞ-ın daxili işlər naziri Rayan Zinke deyib ki, ölkəsi Rusiyanın enerjisinin qarşısını ala bilmək üçün dəniz blokadası tətbiq edə bilər.
Muxalifet.az
hurriyyet.org-a istinadən xəbər verir ki, Enerji tədarükü məsələsində Rusiya ilə İranı sıxışdırmaq  istəyən ABŞ-ın bazarda bu iki ölkənin yerini almaq üçün hərb variantını da gündəmə gətirdiyi bildirilib.
“Washington Examiner”’ nəşri yazır ki, Pittsburqdakı çıxışı zamanı ABŞ-ın daxili işlər naziri Rayan Zinke bəyan edib ki, zərurət yaranacağı təqdirdə, Rusiyanın Yaxın Şərq ölkələrində enerji daşıyıcılarının tədarükü məsələsinə nəzarəti ələ almasına əngəl olmaq üçün ABŞ-ın Hərbi Dəniz Qüvvələri Rusiyaya dənizdə blokada yarada bilərlər: “HDQ-miz sayəsində ABŞ-ın zərurət yarandığı təqdirdə, onların enerji daşıyıcılarının bazara çıxa bilməməsi üçün dəniz əlaqəsi yollarını bağlamaq imkanı vardır”.
Rusiya iqtisadiyyatının yeganə gəlir mənbəyinin enerji mənbələri olduğunu iddia edən Zinke deyib: “Moskva, Yaxın Şərqdə bu cür fəal siyasət yürüdür. Çünki Avropada olduğu kimi orada da neft və təbii qazını satmaq istəyir”.
Nazir İranın da vəziyyərinin Rusiyadan fərqli olmadığını bildirərək deyib: “İstəməsək də hərbi variant mümkündür. İqtisadi variant da var. Onlara təzyiq göstərib enerji bazarındakı yerlərini ala bilərik. Bunu edəcək gücə malikik, çünki ABŞ dünyanın ən böyük neft və təbii qaz ixracatçısıdır”.