ABŞ mətbuatı yazdı - AMERİKANIN ZƏİF NÖQTƏSİ...

Baxış sayı:
7099

 “Neşnl İnterst” (National Interest – NI) nəşri ABŞ Dəniz qüvvələri pilotlarının rusiyalı və çinli rəqiblərinə üstün gələ biləcək qabiliyyət sahibi olmadıqlarını yazıb. Nəşrə müsahibə verən dənizçi zabit Qraham Skarbro  F/A-18 qırıcılarının pilotlarının yüksək texnologiyalı hərbə güclü şəkildə hazırlaşmaları üçün təlim zamanı daha çox sayda raket atmalı olduqlarını bildirib.

“Sputnik” informasiya agentliyinin xəbərinə görə, Skarbro raket atışı təlimlərinin həqiqi müharibə təcrübəsinin yerini verə bilməyəcəyini qeyd edərək deyib: “İndiki dəniz qüvvələti təyyarə donanması havadan-havaya tipli raketləri nadir hallarda atmaqdadır. Lakin savaş hədəfləri təlim parametrləri havadan-havaya, havadan yerə və digərləri arasında çox sayda hissələrdən ibarətdir”.

Rusiya və Çin ilə hərbi toqquşma olacağı təqdirdə, bu çatışmazlıqların böyük hərbi itkilərə səbəb olacağını bildirən Skarbro, belə halla qarşılaşmamaq üçün vəziyyətin sülh dövündə yoluna qoyulmasının lazım olduğunu söyləyib.