​ABŞ Londona xarab hərbi avadanlıq göndərdi - Etiraf

Baxış sayı:
7606

Britaniyanın sualtı atom donanmasının yenilənməsi müvəqqəti olaraq təxirə salına bilər.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə “Tayms” qəzeti çıxış edib. Qəzet buna əsas səbəbin ballistik raketin buraxılışı üçün nəzərdə tutulan borularda qaynaq qüsurlarının aşkarlanması olduğunu bildirib.
ABŞ Hərbi Dəniz Sistemləri Komandanlığının rəsmi nümayəndəsi Bil Kouç ABŞ-ın Britaniyaya göndərdiyi detallarda problemlərin olduğunu təsdiqləyib. O göndərilən buraxılış borularından heç birinin yeni hazırlanan gəmilərə quraşdırılmadığını vurğulayıb.
“Tayms” artıq boruların istehsalı ilə məşğul olan şirkətin də yaranan problemlə bağlı araşdırmaya başladığını bildirib. Britaniya Müdafiə Nazirliyi isə problemin sualtı gəmilərin hazırlanması qrafikinə təsir etmədiyini açıqlayıb.
Qeyd edək ki, Britaniya Hərbi Dəniz Qüvvələrində 2030-cu ilə qədər “Vanguard” sinfinə aid gəmilər “Dridnout” gəmiləri ilə əvəz edilməlidir. Gəmilərin hazırlanmasını “BAE Sistem” şirkəti həyata keçirir