ABŞ kosmos yarışını qəbul etdi

Baxış sayı:
10222

ABŞ-ın vitse-prezidenti Mayk Pens “Hədəflərimizdən biri iönümüzdəki 5 il ərzində Amerikalıları yenidən Aya göndərməkdir” deyərək, ABŞ-lı astronavtların 2024-ci ilə qədər Aya göndərilməsi üçün müraciət edib.
 
Milli Kosmos Şurasının toplantısında çıxış edən ABŞ-ın vitse-prezidenti Mayk Pens, "Eynilə 1960-cı illərdəki kimi kosmos yarışı içindəyik. Bu yarışda hədəflərimizdən biri isə qarşıdakı 5 il ərzində Amerikalıları yenidən Aya göndərməkdir" deyib.
NASA-nın rəhbəri Cim Bridenstine də rəsmi sosial media hesabından, "Prezident Tramp və vitse prezident Pens NASA-ya növbəti 5 il ərzində Aya yenidən kosmonavt göndərilməsi təlimatını verdi. Meydan oxuma qəbul edilib. İndi işə başlayaq" deyib.
Müxalifət.az