​ABŞ-ın hərbi təyyarələri HAVAYA QALXDI – İrana nəyi göstərmək istəyirlər?

Baxış sayı:
4825

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığının mətbuat katibi Bill Urban ABŞ Hava Qüvvələrinə məxsus F-15 və F-35 təyyarələriin Bəsrə körfəzində İrana qarşı “müdafiə məqsədli çaşdırıcı uçuşlar” həyata keçirdiyini bildirib. Urban “Anadolu Agentliyi”nin müxbirinə müsahibəsində deyib: “Bu, bir güc nümayişi deyil və aqressivliyi yayındırmaq məqsədli mövcudluq nümayişidir. Bu, ABŞ-ın qüvvə və mənfəətlərini ən yaxşı şəkildə müdafiə edəcək bir mövqedir”.