ABŞ Gülənin ekstradisiyası ilə bağlı bəyanat yaydı
13-07-2018 20:30
Baxış sayı:
3520

Türkiyə Xarici İşlər Nazirliyində Fətullah Gülənin ekstradisiyası, viza, konsulluq və işçi qrupunun iclası ilə bağlı məsələlər müzakirə edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Ankara səfirliyi bəyanat yayıb.
"Hər iki tərəf üçün əhəmiyyətli məsələlərdə mühüm görüşlər keçirilib və davamlı irəliləyişin olması gözlənilir", - bəyanatda qeyd edilir.