​ABŞ-ın güclü ölkələri sıradan çıxarmaqda məqsədi nədir?

Baxış sayı:
4105

ABŞ digər ölkələrin iqtisadiyyatına sıx şəkildə təzyiq etmək siyasətini rəhbər tutur.
Muxalifet.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Ofitserov Belski söyləyib.
"ABŞ hazırda Avropa, Çin və başqa ölkələrə də sanksiyalar tətbiq edir. Qlobal hakimiyyət qurmaq uğrunda mübarizədə beynəlxalq arenadakı digər güclü ölkələrə qarşı sərt təzyiq siyasətindən istifadə edir", - Belski vurğulayıb.
Qeyd edək ki, ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsi hazırlayır.