ABŞ-a F-35 şoku

Baxış sayı:
17650

Belçika 4 milyard ödəyərək 34 ədəd F-35 təyyarəsi almışdı. Bütün təyyarələrin 2025-ci ilə qədər təslim edilməsi gözlənilirdi. Belçikanın sifariş etdiyi F-35 təyyarələrinin xətalı və nasaz olduğu müəyyənləşib.
 
Təyyarələrin müharibəyə uyğun olmadığı, pilotları təhlükədə qoyacağı açıqlanıb. Vaşinqtonun POGO adlı müstəqil araşdırma qrupu tərəfindən imzalanan hesabat ABŞ Müdafiə Nazirliyinə təhvil verilib.
14 səhifəlik hesabata görə, F-35-lərdə çox sayda əksiklər vardır. Təyyarələr işləmə standartlarına cavab vermədiyi kimi, dayanıqlılıq testlərini keçə bilməyiblər. Tədqiqat göstərir ki, təyyarələrdə çatllar baş verir.
Təyyarələri istehsal edən Lockheed Martin Belçikaya satdığı hər təyyarə üçün 8,000 uçuş saatı təminatı verib. Hesabatda bildirilmişdir ki, bu sözü yerinə yetirmək mümkün deyil. Bundan başqa, təyyarənin kompüter sistemləri asanlıqla hücum edilə biləcək vəziyyətdədir. Sistem tərəfindən toplanan və qeyd edilən məlumatların da etibarsız olduğu iddia edilib.
Proqramın 27-ci versiyasının hələ işə yaramadığını bildirən hesabatda, F-35-in inkişafı proqramının 10 ilini geridə qoyur və gözlənilən 200 milyard dollardan baha başa gələcək. F-35-lərdə atəş raketlərinin istiqaməti də doğru deyil. Pilotun dəbilqəsində verilən məlumatlara baxdıqda, raket sistematik olaraq hədəfin sağına doğru gedir. Bu müharibə vəziyyətində düşməni vurmaq əvəzinə, dostlara hücum riskini artırır. Test mərhələsinin başlanğıcından etibarən F-35-lərdə 941 xəta olduğu bilinir.
Müxalifət.az