​ABŞ Ermənistana da yeni səfir təyin etdi

Baxış sayı:
5224

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Ermənistana səfri postuna Linn Treysini təsdiqləyib. Xatırladaq ki, onun namizədliyi prezident Donald Tramp tərəfindən irəli sürülüb. Qeyd edək ki, Linn Treysi də peşəkar diplomatdır. O, Rusiya və keçmiş SSRİ üzrə mütəxəssisdir. Son vaxtlar ABŞ Dövlət Departamentində Rusiya üzrə baş müşavir vəzifəsində işləyirdi. Bundan əvvəl isə Linn Treysi ABŞ-ın Moksva, Aşqabad və Astanadakı səfirinin müavini, Mərkəzi Asiya üzrə dövlət katibi köməkçisinin birinci müavini olub. O, Pakistanın Peşavar şəhərindəki ABŞ-ın konsulluğunda xidmətdə də olub. Rus dilini bilir. Dövlət Departamentinin “İgidliyə görə” mükafatına layiq görülüb.