ABŞ-dan Türkiyəyə qarşı daha bir ŞOK: "Yolun sonuna gəldik"

Baxış sayı:
8095

“Parti bitdi. Artıq yolun sonuna gəldik. S-400-lər Türkiyədə qaldığı müddətdə F-35-lər Amerika sərhədindən çıxmayacaq”.
Muxalifet.az
publika.az-a istinadən xəbər verir ki, ABŞ Konqresinin respublikaçı senator Cim Riş deyib.
“Amerikanın səsi”nin suallarını cavablandıran senator Türkiyənin S-400-lərdən vazkeçməməsini açıqladıqdan sonra Senatın Xarici Əlaqələr Komissiyasına 29 oktyabrda Nümayəndələr Palatasında qəbul edilən sanksiya layihəsinin bənzərinin gətirilməsini istəyib.
“ABŞ-ın milli təhlükəsizliyini təşviq və İŞİD-in canlanmasının qarşısının alınması” adlı layihədə Türkiyənin Milli Müdafiə naziri başda olmaqla, bəzi ali səlahiyyətli rəsmilərin sanksiya siyahısına salınması, Türkiyəyə silah göndərilməsinin dayandırılması yer alıb. Həmçinin S-400-ə görə CAATSA sanksiyalarının tətbiqi də layihənin digər bölməsini ehtiva edir.