ABŞ-dan “Türkiyə” açıqlaması
27-03-2019 08:36
Baxış sayı:
8575

ABŞ müdafiə nazirinin vəkili Patrick Şanahan NATO müttəfiqi Türkiyənin F-35 proqramında qalmağa davam etməsini istədiyini, ancaq Türkiyənin ABŞ-ın istehsal etdiyi “Patriot” raketdən müdafiə sistemini satın alması lazım olduğunu söyləyib.
Konqresin Nümayəndələr Palatasında Silahlı Qüvvələr Komitəsinin konfransında “ABŞ-ın F-35 proqramında Türkiyənin qalmasını istəyib istəmədiyi sualına cavab verən ABŞ müdafiə nazirinin vəkili Patrick Şanahan, "Qəti olaraq istəyirik. Ancaq Türkiyənin “Patriot” satın almasına ehtiyac duyuruq" deyib.
Qeyd edək ki, ABŞ F-35-lərin təhlükəsizliyini təhlükəyə atacağı səbəbiylə Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi almasına qarşı çıxır.
Müxalifət.az