8-ci sinif şagirdi internetklub işlədir – SAKİNLƏRDƏN ŞİKAYƏT / Video

Baxış sayı:
8695

“Sumqayıtda yüksək çinli məmurun sahibi olduğu İnternet klub və kompüter təmiri mərkəzində 3 ildir özbaşınalıq davam edir”
 
Sumqayıt şəhər sakini Məhəmməd Yusifov adlı oxucumuz tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli  sayt rəhbərliyi!
Nəzərinizə şatdırım ki,Sumqayıt şəhər 42-ci məhəllədə “Cansu Lounge”-nin yanında yerləşən Sumqayıtda yüksək çinli məmurun sahibi olduğu İnternet klub və kompüter təmiri mərkəzində 3 ildir özbaşınalıq davam edir.
İnternet klubu 31 saylı məktəbin 8-ci sinif şagirdi Kərimli Xəlil Rövşən oğlu idarə edir. Ərazi üzrə vergi müfəttişi isə bu özbaşınalığa göz yumur.
Klubu idarə edən azyaşlı uşaq hər gün klubun sahibindən 20 manat əməkhaqqı alır və əvəzində vergidən yayınırlar.Sumqayıt Vergi idarəsinin bu haqda məlumatı olsa da, tədbir görülmür.
Xahiş edirəm, bu məsləni ictimailəşdirib, uşaq əməyinin istismarına son qoyulmasına yardım edəsiniz”.

Muxalifet.az